Weather Data Source: havadurumuuzun.com

Şəhid Yusif Xəlilov dəfn olunub

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib. Vida mərasimi şəhidin doğulub boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndində keçirilib.

 

Zefernews.az xəbər verir ki,

Müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu, tank komandiri gizir Yusif Xəlilovun cənazəsi doğulduğu Viravul kəndində dəfn olunub.

Dəfn Mərasimdə Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Cənab Taleh Qaraşov, Hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Sonra Şəhidin ailəsinə üçrəngli Azərbaycan bayrağını təqdim olunub.

Top