Weather Data Source: havadurumuuzun.com

Sabirabadda “Zabit şərəfi” filminin təqdimatı keçirilib

Sabirabad rayon Mədəniyyət Mərkəzində film təqdimatı keçirilib.

Vətən Müharibəsi şəhidləri mayor Şahlar Cəfərovun və mayor Anar Məmmədovun həyat yolundan bəhs edən “Zabit şərəfi” filminin təqdimat mərasimində rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.

Zefernews.az xəbər verir ki,

Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hər iki şəhidin valideynləri çıxış ediblər.

Daha sonra “Zabit şərəfi” filmi tamaşçılara nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Top