Məhşur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib

Milli Məclisin deputatı Məhşur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Zefernews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
M.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2023-cü il



