Weather Data Source: havadurumuuzun.com

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Zefernews.az xəbər verir ki

Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Ceyhun Kərəmov 1999–2003-cü illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə ABŞ-nin Corciya Universitetində dövlət idarəetməsi üzrə magistr dərəcəsi alıb. 2018-ci ildə Fransada yerləşən “INSEAD”biznes məktəbini qlobal biznes idarəçiliyi ixtisası üzrə bitirib. 2016-cı ildə “Project Management Institute” tərəfindən layihələrin idarə edilməsi üzrə sertifikat (PMP) əldə edib.

 

Ceyhun Kərəmov əmək fəaliyyətinə 2002-ci ildən başlayıb, beynəlxalq və yerli təşkilatlarda fəaliyyət göstərib. 2003–2004-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə layihəsində çalışıb. 2006–2020-ci illərdə BP şirkətinin Azərbaycan nümayəndəliyində ekspert və rəhbər vəzifələrdə çalışıb. 2007–2010-cu illərdə Xəzər Universitetində, 2018-ci ildən isə Bakı Ali Neft Məktəbinin tərkibindəki Layihə İdarəetmə Məktəbində, həmçinin ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsində müəllim kimi fəaliyyət göstərib. 2007–2018-ci illərdə gənclər sektorunda beynəlxalq layihə və təşkilatların idarə olunmasında fəal iştirak edib.

 

2020-ci il sentyabrın 15-dən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci ildən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru səlahiyyətlərini icra edir.

Top