Weather Data Source: havadurumuuzun.com

Hicran Hüseynova Sumqayıtda vətəndaşları qəbul edib

41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran xanım Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

Zefernews.az xəbər verir ki,

Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə, bağlı müraciət ediblər.

Görüşdə seçici müraciətləri  əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qismi isə müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

 

Top