“Mədəniyyətlər Arası Körpü” adlı beynəlxalq poeziya gecəsi keçirilib

12 noyabr 2026-cı il tarixində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və "XXI ƏSRİN ZİYALILARI ZİRVƏSİ" Platformasının birgə təşkilatçılığı ilə “Mədəniyyətlər Arası Körpü” adlı beynəlxalq poeziya gecəsi keçirilib.
Azərbaycan və Misir arasında mədəni-humanitar əlaqələrin inkişafına, xalqlarımızın mənəvi dəyərlərinin tanıdılmasına və beynəlxalq ədəbi əməkdaşlığın genişləndirilməsinə həsr olunan tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri professor doktor Tarek Mohammad, mərkəzin müəllimləri və tələbələri, Azərbaycanın alimləri, yazıçıları, şairləri, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Pərvanə Salmanqızı Abdullayeva, Sona Çərkəz və Güləmayıl İsayevaya Misir Respublikasının Mədəniyyət Nazirliyinin medalı, Rəvanə Hüseynova və Zərnişan Azayevaya isə Misir Respublikasının Təhsil Nazirliyinin medalı təqdim olunub. Həmçinin tədbirin bütün iştirakçıları beynəlxalq sertifikatlarla təltif ediliblər.
Bu əlamətdar görüş Azərbaycan və Misir arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ziyalılar arasında əməkdaşlığın genişləndirilməsi və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı istiqamətində mühüm addım olub.
#kəşfet #poeziyagecesi #misirmədəniyyətvətəhsiləlaqələrimərkəzi #poeziya #şairvəyazıçılarımız


