MƏDƏNİYYƏTLƏR ARASINDA KÖRPÜ — POEZİYANIN BİRLƏŞDİRDİYİ XALQLAR, DOSTLUĞUN YAZDIĞI TARİX

MƏDƏNİYYƏTLƏR ARASINDA KÖRPÜ — POEZİYANIN BİRLƏŞDİRDİYİ XALQLAR, DOSTLUĞUN YAZDIĞI TARİX
Azərbaycan–Misir mədəni əlaqələrinin inkişafında əlamətdar hadisə: «Mədəniyyətlər Arası Körpü» poeziya gecəsi
12 noyabr 2026-cı il Azərbaycan və Misir arasında mədəni-humanitar əlaqələrin inkişafı, xalqlarımızın mənəvi dəyərlərinin qarşılıqlı tanıdılması və beynəlxalq ədəbi əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar hadisələrlə yadda qaldı.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və XXI ƏSRİN ZİYALILARI ZİRVƏSİ Platformasının birgə təşkilatçılığı ilə «MƏDƏNİYYƏTLƏR ARASI KÖRPÜ» adlı beynəlxalq poeziya gecəsi keçirildi.

Bu tədbir sadəcə şeir və poeziya nümunələrinin səsləndirildiyi ədəbi görüş deyildi. Bu, iki qədim mədəniyyətin, iki xalqın mənəvi dünyasının, ziyalı düşüncəsinin və yaradıcı insanların bir araya gəldiyi, dostluğun, qarşılıqlı hörmətin və mədəni əməkdaşlığın ifadəsinə çevrilən əlamətdar bir görüş idi.

Tarix boyu xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biri mədəniyyət olmuşdur. Dövlətlər arasında diplomatik münasibətlər siyasi və iqtisadi müstəvidə inkişaf etdiyi kimi, mədəniyyət də xalqlar arasında görünməyən, lakin möhkəm mənəvi körpülər yaradır. Bu körpülər zamanın sınağından keçir, nəsilləri birləşdirir və xalqların yaddaşında yaşayır.

«Mədəniyyətlər Arası Körpü» poeziya gecəsi də məhz bu ali məqsədə xidmət edən təşəbbüslərdən biri kimi yadda qaldı.
İKİ QƏDİM MƏDƏNİYYƏTİN MƏNƏVİ GÖRÜŞÜ

Azərbaycan və Misir bəşər sivilizasiyasının zəngin tarixi və mədəni irsinə sahib olan ölkələrdir.
Azərbaycan Şərqin qədim ədəbi-mədəni ənənələrini, Nizaminin humanizm fəlsəfəsini, Nəsiminin insan və mənəviyyat düşüncəsini, Füzulinin eşq və kamillik dünyasını, müasir ədəbiyyatımızın zəngin poetik irsini yaşadır.

Misir isə minilliklərə söykənən tarixi, qədim sivilizasiya irsi, elmi düşüncəsi, ədəbiyyatı, incəsənəti və mədəni ənənələri ilə dünya mədəniyyətinin mühüm mərkəzlərindən biridir.
Bu iki mədəniyyətin görüşməsi yalnız keçmişin zənginliyini xatırlamaq deyil, həm də gələcəyin yaradıcı əməkdaşlığına yol açmaq deməkdir.

Poeziya gecəsində səslənən fikirlər, şeirlər və yaradıcı düşüncələr bir daha göstərdi ki, sözün milliyyəti olsa da, duyğunun sərhədi yoxdur. Şeir bir xalqın dilində doğulur, lakin insanlığın qəlbində yaşayır.
ZİYALILARIN BİRLİYİ — MƏDƏNİ ƏMƏKDAŞLIĞIN GÜCÜ
Tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri professor doktor Tarek Mohammad, mərkəzin müəllimləri və tələbələri, Azərbaycan Respublikasının dəyərli alimləri, yazıçıları, şairləri, elm adamları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Həmçinin tədbirdə XXI ƏSRİN ZİYALILARI ZİRVƏSİ Platformasının təsisçisi və rəhbəri Pərvanə Salmanqızı Abdullayeva, platformanın icraçı direktoru Rəvanə Hüseynova iştirak edirdilər.

Müxtəlif elm və yaradıcılıq sahələrini təmsil edən insanların eyni məkanda bir araya gəlməsi tədbirin mənəvi və ictimai əhəmiyyətini daha da artırırdı.

Belə görüşlər ziyalıların yalnız öz yaradıcılıqlarını təqdim etməsi üçün deyil, həm də fikir mübadiləsi aparması, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirməsi, beynəlxalq əlaqələr qurması və gələcək nəsillərə örnək olacaq təşəbbüslər irəli sürməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Çünki ziyalı yalnız bilik daşıyıcısı deyil. Ziyalı həm də cəmiyyətin mənəvi yaddaşını qoruyan, düşüncəyə istiqamət verən, insanları maarifləndirən və gələcəyin qurulmasında məsuliyyət daşıyan şəxsiyyətdir.

XXI ƏSRİN ZİYALILARI ZİRVƏSİ Platformasının əsas ideyası da məhz bu düşüncəyə söykənir: elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində çalışan insanları vahid əməkdaşlıq məkanında birləşdirmək.
MİSİR RESPUBLİKASININ DÖVLƏT TƏLTİFLƏRİ — ƏMƏYƏ VERİLƏN DƏYƏR
Poeziya gecəsinin ən əlamətdar məqamlarından biri tədbirin sonunda iştirakçılara təqdim olunan dövlət təltifləri və beynəlxalq sertifikatlar oldu.

Mədəniyyət və təhsil sahəsində fəaliyyətə, əməkdaşlığa və göstərilən xidmətlərə verilən qiymətin ifadəsi olaraq bir sıra iştirakçılar Misir Respublikasının müvafiq nazirliklərinin medalları ilə təltif edildilər.
Tədbirin sonunda:
– Pərvanə Salmanqızı Abdullayeva,
– Sona Çərkəz,
– Güləmayıl İsayevaya
Misir Respublikasının Mədəniyyət Nazirliyinin Medalı təqdim olundu.


Bununla yanaşı:
– Rəvanə Hüseynova,
– Zərnişan Azayevaya
Misir Respublikasının Təhsil Nazirliyinin Medalı təqdim edildi.


Tədbirin bütün iştirakçılarına isə beynəlxalq sertifikatlar verildi.

Bu təltiflər tədbirin yadda qalan anlarından biri olmaqla yanaşı, Azərbaycan və Misir arasında mədəni və təhsil əlaqələrinin inkişafına yönəlmiş fəaliyyətin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Mükafatlar insanın keçdiyi yolun müəyyən bir mərhələsinə verilən qiymətdir. Lakin hər bir fəxri təltifin arxasında daha böyük bir məsuliyyət dayanır. Çünki həqiqi uğur yalnız təltif olunmaq deyil, həmin etimadı əməli fəaliyyətlə doğrultmaqdır.

PƏRVANƏ SALMANQIZI: MƏDƏNİYYƏT DÖVLƏTLƏR ARASINDA ƏN GÜCLÜ MƏNƏVİ KÖRPÜDÜR
XXI ƏSRİN ZİYALILARI ZİRVƏSİ Platformasının təsisçisi və rəhbəri Pərvanə Salmanqızı Abdullayeva üçün bu tədbir uzunmüddətli ictimai-mədəni fəaliyyətin və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslərin mühüm davamıdır.

12 noyabr 2026-cı ildə onun Misir Respublikasının Mədəniyyət Nazirliyinin Medalı ilə təltif olunması bu tədbirin əlamətdar hadisələrindən biri oldu.

Pərvanə Salmanqızı Abdullayeva öz fəaliyyətində jurnalistika, poeziya, publisistika, ictimai təşəbbüslər və beynəlxalq mədəni əməkdaşlıq istiqamətlərini bir amal ətrafında birləşdirir: milli-mənəvi dəyərlərin qorunması, ziyalıların bir araya gətirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması.

XXI ƏSRİN ZİYALILARI ZİRVƏSİ Platforması bu məqsədlə elm, təhsil, mədəniyyət və yaradıcılıq sahələrində yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edir.
Pərvanə Salmanqızı Abdullayeva üçün Misir Respublikasının Mədəniyyət Nazirliyinin Medalı yalnız şəxsi fəxarət deyil, həm də Azərbaycan ziyalılarının, şair və yazıçılarının yaradıcılığını beynəlxalq platformalarda daha geniş təqdim etmək istiqamətində əlavə məsuliyyətdir.

Platformanın icraçı direktoru Rəvanə Hüseynovanın da Misir Respublikasının Təhsil Nazirliyinin Medalı ilə təltif olunması komanda fəaliyyətinə və birgə təşəbbüslərə verilən dəyərin ifadəsi kimi diqqət çəkdi.

DAVAM EDƏN LAYİHƏ — GƏLƏCƏYƏ AÇILAN YENİ ÜFÜQLƏR

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycan və Misir arasında dövlətlərarası mədəni əlaqələrin inkişafına yönəlmiş layihəmiz davam edir.
Bu layihənin əsas məqsədi ayrı-ayrı tədbirlərlə kifayətlənmək deyil, uzunmüddətli, sistemli və davamlı beynəlxalq əməkdaşlıq mühiti yaratmaqdır.
Qarşıdakı dövrdə ədəbiyyat, poeziya, elm, təhsil, incəsənət və mədəni irs istiqamətlərində birgə təşəbbüslərin genişləndirilməsi, Azərbaycan və Misir ziyalılarının görüşlərinin təşkili, gənc yaradıcı nəslin beynəlxalq layihələrə cəlb edilməsi mühüm fəaliyyət istiqamətləri olaraq qalır.

Biz inanırıq ki, mədəniyyətə xidmət edən hər bir təşəbbüs gələcəyə qoyulan mənəvi sərmayədir.
Bu gün bir araya gələn şairlər sabah başqa ölkələrdə öz sözlərini səsləndirə, bu gün qurulan dostluqlar gələcəkdə yeni layihələrə çevrilə, bu gün atılan addımlar isə illər sonra iki xalqın mədəni tarixində özünəməxsus yer tuta bilər.
TARİXİ YARADANLAR YALNIZ HADİSƏLƏR DEYİL, DƏYƏRLƏRDİR
Bəzən tarix böyük siyasi hadisələrlə, bəzən müharibələr və sülh müqavilələri ilə, bəzən də insanların qəlbində yaranan dostluq münasibətləri ilə yazılır.
Mədəniyyətin yaratdığı tarix isə daha fərqli və daha davamlıdır. O, insanların yaddaşına həkk olunur, nəsildən-nəslə ötürülür və zaman keçdikcə daha böyük məna qazanır.

«Mədəniyyətlər Arası Körpü» poeziya gecəsi də məhz belə mənəvi hadisələrdən biri kimi dəyərləndirilə bilər.
Bu tədbir bir daha sübut etdi ki, söz insanları birləşdirə, poeziya xalqları yaxınlaşdıra, elm və mədəniyyət isə dövlətlər arasında etibarlı əməkdaşlıq mühiti yarada bilər.
Azərbaycan və Misir arasında davam edən mədəni əlaqələr layihəmizin daha geniş miqyas alacağına, yeni təşəbbüslərə və beynəlxalq uğurlara yol açacağına inanırıq.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri professor doktor Tarek Mohammad müəllimə, mərkəzin kollektivinə, tədbirin təşkilində və həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.

Bu görüşdə iştirak edən alimlərə, yazıçılara, şairlərə, müəllimlərə, tələbələrə və bütün ziyalılara mədəniyyətə, elmə və mənəvi dəyərlərə verdikləri töhfələrə görə minnətdarlığımızı ifadə edirik.
Qoy Azərbaycan və Misir arasında dostluq körpüləri daim möhkəmlənsin!t
Qoy poeziya xalqların ortaq dili, mədəniyyət isə insanlığın dəyişməz mənəvi sərvəti olaraq yaşasın!
Qoy bu gün qurduğumuz mədəni körpülər sabahın nəsillərini birləşdirən əbədi dostluq yollarına çevrilsin!
Çünki mədəniyyət yalnız keçmişin yadigarı deyil, gələcəyin memarıdır.
Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının , TV-NİN rəhbəri, “Zəfər Yolu” İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi,Türkiyənin Anadolu Ölümsüz Kahramanlar Konfederasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü,”XXI Əsrin Ziyalıları Zirvəsi” Platformasının təsisçisi və direktoru
Pərvanə Salmanqızı Abdullayeva.
Fotoqraf: Mahir Əhmədov
МОСТ МЕЖДУ КУЛЬТУРАМИ — НАРОДЫ, ОБЪЕДИНЁННЫЕ ПОЭЗИЕЙ, И ИСТОРИЯ, СОЗДАННАЯ ДРУЖБОЙ
Знаковое событие в развитии азербайджано-египетских культурных отношений: международный поэтический вечер «МОСТ МЕЖДУ КУЛЬТУРАМИ»
12 ноября 2026 года стало знаменательной датой в развитии культурно-гуманитарных отношений между Азербайджаном и Египтом, взаимном знакомстве с духовными ценностями наших народов и расширении международного литературного сотрудничества.
В Центре культурных и образовательных связей Египта состоялся международный поэтический вечер под названием «МОСТ МЕЖДУ КУЛЬТУРАМИ», организованный совместно Центром культурных и образовательных связей Египта и Платформой «САММИТ ИНТЕЛЛИГЕНЦИИ XXI ВЕКА».
Это мероприятие стало не просто литературной встречей, на которой звучали стихи и поэтические произведения. Оно превратилось в особую встречу двух древних культур, духовных миров двух народов, представителей интеллигенции и творческой общественности, став символом дружбы, взаимного уважения и международного культурного сотрудничества.
На протяжении всей истории культура была одним из важнейших инструментов сближения народов. Наряду с политическими и экономическими отношениями именно культура создаёт между государствами невидимые, но прочные духовные мосты. Эти мосты выдерживают испытание временем, объединяют поколения и навсегда остаются в исторической памяти народов.
Поэтический вечер «Мост между культурами» стал одной из таких инициатив, направленных на укрепление духовного единства и расширение международного сотрудничества.
ДУХОВНАЯ ВСТРЕЧА ДВУХ ДРЕВНИХ КУЛЬТУР
Азербайджан и Египет — страны с богатейшим историческим наследием и многовековыми культурными традициями.
Азербайджан бережно хранит древние литературные и культурные традиции Востока, гуманистическую философию Низами Гянджеви, глубокие размышления Насими о человеке и духовности, философию любви и совершенства Мухаммеда Физули, а также богатое поэтическое наследие современной азербайджанской литературы.
Египет, в свою очередь, является одной из важнейших колыбелей мировой цивилизации, страной с тысячелетней историей, богатым культурным наследием, научными традициями, литературой и искусством.
Встреча этих двух культур означает не только обращение к богатству прошлого, но и открытие новых возможностей для творческого сотрудничества в будущем.
Произведения, поэтические строки и творческие идеи, звучавшие в этот вечер, ещё раз подтвердили: у слова может быть национальная принадлежность, но у человеческих чувств нет границ. Поэзия рождается на языке одного народа, но живёт в сердце всего человечества.
ЕДИНСТВО ИНТЕЛЛИГЕНЦИИ — СИЛА КУЛЬТУРНОГО СОТРУДНИЧЕСТВА
В мероприятии приняли участие директор Центра культурных и образовательных связей Египта профессор, доктор Тарек Мохаммад, преподаватели и студенты Центра, видные азербайджанские учёные, писатели, поэты, представители научного сообщества, интеллигенции и общественности.
Также среди участников были основатель и руководитель Платформы «Саммит интеллигенции XXI века» Пэрване Салмангызы Абдуллаева и исполнительный директор платформы Равана Гусейнова.
Объединение в одном пространстве представителей различных научных, литературных и творческих направлений придало мероприятию особую общественную и духовную значимость.
Подобные встречи важны не только для представления собственного творчества. Они создают возможности для обмена идеями и опытом, определения новых направлений сотрудничества, установления международных контактов и выдвижения инициатив, способных стать примером для будущих поколений.
Ведь интеллигент — это не просто носитель знаний. Это человек, который хранит духовную память общества, формирует общественное мышление, способствует просвещению и осознаёт свою ответственность за будущее.
Именно на этой философии основана деятельность Платформы «Саммит интеллигенции XXI века»: объединять людей, работающих в сферах науки, образования, культуры, литературы и общественной деятельности, создавая единое пространство для интеллектуального и международного сотрудничества.
ГОСУДАРСТВЕННЫЕ НАГРАДЫ АРАБСКОЙ РЕСПУБЛИКИ ЕГИПЕТ — ПРИЗНАНИЕ ТРУДА И ЗАСЛУГ
Одним из наиболее значимых моментов поэтического вечера стала торжественная церемония вручения государственных наград и международных сертификатов участникам мероприятия.
В знак признания деятельности в сфере культуры и образования, а также вклада в развитие сотрудничества ряд участников были удостоены медалей соответствующих министерств Арабской Республики Египет.
По итогам мероприятия:
Пэрване Салмангызы Абдуллаева, Сона Черкез и Гюлямайыл Исаева были награждены медалями Министерства культуры Арабской Республики Египет.
Равана Гусейнова и Зарнишан Азаева были удостоены медалей Министерства образования Арабской Республики Египет.
Всем участникам мероприятия также были вручены международные сертификаты.
Эти награды стали одним из самых памятных моментов вечера и выразили признание деятельности, направленной на развитие культурных и образовательных связей между Азербайджаном и Египтом.
Награда — это признание определённого этапа пройденного человеком пути. Но за каждой почётной наградой стоит ещё большая ответственность. Ведь истинный успех заключается не только в получении признания, но и в способности оправдать оказанное доверие своими дальнейшими делами.
ПЭРВАНЕ САЛМАНГЫЗЫ: КУЛЬТУРА — САМЫЙ ПРОЧНЫЙ ДУХОВНЫЙ МОСТ МЕЖДУ ГОСУДАРСТВАМИ
Для основателя и руководителя Платформы «Саммит интеллигенции XXI века» Пэрване Салмангызы Абдуллаевой это мероприятие стало важным продолжением многолетней общественно-культурной деятельности и инициатив, направленных на развитие международного сотрудничества.
12 ноября 2026 года Пэрване Салмангызы Абдуллаева была удостоена медали Министерства культуры Арабской Республики Египет.
В своей деятельности она объединяет журналистику, поэзию, публицистику, общественные инициативы и международное культурное сотрудничество вокруг единой цели: сохранения национальных и духовных ценностей, объединения интеллигенции и достойного представления азербайджанской культуры на международной арене.
Созданная и возглавляемая ею Платформа «Саммит интеллигенции XXI века» служит развитию новых возможностей сотрудничества в области науки, образования, культуры и творчества.
Для Пэрване Салмангызы Абдуллаевой медаль Министерства культуры Египта — это не только личная честь, но и дополнительная ответственность за более широкое представление творчества азербайджанских интеллигентов, поэтов и писателей на международных площадках.
Награждение исполнительного директора платформы Раваны Гусейновой медалью Министерства образования Арабской Республики Египет также стало важным признанием совместной деятельности и командной работы.
ПРОДОЛЖЕНИЕ ПРОЕКТА — НОВЫЕ ГОРИЗОНТЫ БУДУЩЕГО
Проект, направленный на развитие межгосударственных культурных связей между Азербайджаном и Египтом, продолжается в Центре культурных и образовательных связей Египта.
Главная цель проекта — не ограничиваться проведением отдельных мероприятий, а формировать долгосрочную, системную и устойчивую международную платформу культурного сотрудничества.
В числе дальнейших направлений деятельности — расширение совместных инициатив в области литературы, поэзии, науки, образования, искусства и культурного наследия, организация встреч представителей интеллигенции Азербайджана и Египта, привлечение молодого поколения творческих людей к международным проектам.
Мы убеждены, что каждая инициатива, направленная на развитие культуры, является духовной инвестицией в будущее.
Поэты, встречающиеся сегодня, завтра могут представить своё творчество в других странах. Дружеские отношения, возникшие сегодня, могут превратиться в новые международные проекты, а сделанные сегодня шаги спустя годы займут достойное место в культурной истории двух народов.
ИСТОРИЮ СОЗДАЮТ НЕ ТОЛЬКО СОБЫТИЯ, НО И ЦЕННОСТИ
Иногда история пишется великими политическими событиями, иногда — войнами и мирными соглашениями, а иногда — дружескими отношениями, рождающимися в сердцах людей.
История, создаваемая культурой, имеет особую природу. Она сохраняется в памяти людей, передаётся из поколения в поколение и со временем приобретает ещё большую ценность.
Поэтический вечер «Мост между культурами» можно по праву рассматривать как одно из таких значимых духовных событий.
Это мероприятие ещё раз показало, что слово способно объединять людей, поэзия — сближать народы, а наука и культура — создавать надёжную основу для сотрудничества между государствами.
Мы верим, что продолжающийся проект по развитию культурных связей между Азербайджаном и Египтом получит дальнейшее развитие, откроет новые возможности для инициатив и станет основой значимых международных достижений.
Выражаем искреннюю благодарность директору Центра культурных и образовательных связей Египта профессору, доктору Тареку Мохаммаду, коллективу Центра и всем, кто принимал участие в организации и проведении этого мероприятия.
Особые слова признательности адресуем учёным, писателям, поэтам, преподавателям, студентам и всем представителям интеллигенции, вносящим свой вклад в развитие культуры, науки и духовных ценностей.
Пусть мосты дружбы между Азербайджаном и Египтом становятся с каждым годом крепче!
Пусть поэзия остаётся общим языком народов, а культура — неизменным духовным достоянием человечества!
Пусть культурные мосты, которые мы строим сегодня, превратятся в вечные пути дружбы, объединяющие поколения будущего!
Ведь культура — это не только наследие прошлого, но и архитектор будущего.
Пэрване Салмангызы Абдуллаева
Журналист, поэт-публицист Основатель и руководитель Платформы «Саммит интеллигенции XXI века»


