Weather Data Source: havadurumuuzun.com

Xətai Sənət Mərkəzi “PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisi elan edir.

Xətai Sənət Mərkəzi “PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisi elan edir.

Böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədiilə TƏBİƏTLƏ TƏMASDA OL, ƏSRARƏNGİZLİYİ TƏSVİR ET! platforması çərçivəsində növbəti “PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə payız fəslini xarekterizə edən əsərlər qəbul olunur.
Təşkilatçılar: Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Xətai Beynəlxalq Uşaq Sənəti Qalereyası.
Dəstəkçilər: Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi

Tövsiyyə olunan mövzular:

Payızın rəngləri. Əhatəmdəki payız mənzərəsi. Payız xəyallarım

Əsər qəbulu üçün son tarix: 20 dekabr 2026-ci il

Yaş həddi: 8-21 yaş arası
Əsərlərin qəbul ünvanı: [email protected]

İştirakçı anketi:

1. Əsərin fotosu

2. Əsərin adı
3. Ölçü və texnikası

4. Soyadı, adı
5. Məktəb, əlaqə

6. Təvəllüdü

Qeyd: Sərginin mövzusuna və şərtlərə uyğun,
məlumatları dolğun müraciətlərə üstünlük veriəcək.
Seçilən 100 əsər sərgilənəcək.
Hər iştirakçı ən çoxu 3 əsər təqdim edə bilər .
Əcnəbilər sərgidə iştirak edə bilər.
Ölçü: 30×40 sm qədər

Sərgidə iştirak ödənişsizdir.
Ölkəmizin təbiətini əks etdirən, duyğu və düşüncə
məhsulu olan əsərlər görmək istərdik!
Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq
Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp

Top