Bu gün bizim günümüzdür

Bu gün bizim günümüzdür
Əziz dostlarım, dəyərli həmkarlarım və Azərbaycan teleradio məkanının fədakar insanları!
Bu gün ölkəmizin mədəniyyət, mətbuat və ictimai fikir tarixində misilsiz bir gündür. Ömrümün ən gözəl, ən məhsuldar illərini bağladığım sənət məbədi — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əsrə bərabər yubileyidir!
Bu 100 il sadəcə zamanın axarı deyil; hər kəlməsində milli ruhu yaşadan radionun, hər kadrında tariximizi dastanlaşdıran televiziyanın şərəfli rəşadət yoludur.
Bu uca sənət məbədinin sütunlarını öz çiyinlərində daşıyan, xalqımızın sonsuz sevgisini qazanan böyük ustadlarımızı və əziz həmkarlarımı bu möhtəşəm yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm!
İlk növbədə, öz ustadlığı və örnək ömrü ilə teleradionun canlı tarixinə çevrilmiş ağsaqqal jurnalistlərimiz Moris Quluyevi, Qəmbər Ağayevi ,Rafiq İmanovu,;
Azərbaycan jurnalistikasının parlaq imzaları və peşəkarları olan dəyərli dostlarım: Rövşən Məmmədovu ,Cəmil Quliyevi, Etibar Babayevi, Akif Cabbarlını, Qulu Məhərrəmlini,Vasif Quliyevi, İlqar Paşazadəni,İsmayıl Ömərovu, Tahir Aydınoğlunu, Mahir Qabiloğlunu, Bahadur Şəfini, Əli Nəcəfxanlını,Sahəddin Hüseynovu, Eldar İskəndərzadəni, Elman Gədiklini, Rauf Rəcəbovu, Azad Müzəffərlini,Akif Əlini, Rövşən Ramazanlını, Çingiz Aslanovu, Abbas Rüstəmovu, Rəhman Quluzadəni, Ələmdar Quluzadəni, Qulu Kəngərlini, Ərsalam Əliyevi,Əşrəf Hünbətovu ,Sakit Ocaqlını, Faiq Sadıqovu, Faiq Hüsiyevi,Füzuli İsmayılovu, Şahismayıl Şammədoğlunu, Rafiq Haşımovu, Əhməd Qədiroğlunu ,Kamil Əfsəroğlunu, Telli Pənahqızını, Güllü Yoloğlunu, Fikrət Adgözəllini, Hikmət Yaqubovu, İman Məcidovu, Hürriyət Məmmədovu, Qorxmaz Şıxalıoğlunu, Vəli Səyyadini, Natiq Ağayevi, Tofiq Abbasovu, İlham Zeynallını ,Vaqif Nəcəfovu, Zöhrab Mehdilini, Əyyar Cəfərlini,Vəli Həsənlini,Yaqub Nuriyevi, Lətif Vəlizadəni, Rövşən Vəliyevi,Natiq Qubadoğlunu,İttifaq Mirzəbəylini, Aqil Əliyevi, Adil İrşadoğlunu,Tahir Qarayevi, Reyhan Rüstəmlini, Zöhrə Əliyevanı, Şərəf Cəlillini, Nəriman Salmanoğlunu, Sülhiyyə Musaqızını, Şəlalə Məhiyyəddinqızını, Zərxanım Əhmədlini, Aybəniz Məmmədəliyevanı , Zərifə Ağahüseynqızını, Gülsüm Əlövsətzadəni, Validə.Vəliyevanı, Firuzə Nadiri, Kəmalə Mikayılzadəni,Esmira Çərkəzqızını, Nadir Diridağlını,Tahir Talıblını,Saday Budaqlını,Tofiq Elləzoğlunu, Səyavuş Hüseynlini, Ramazan Sıməroğlunu,Anar Məmmədovu, Dilşad Tahirqızını, Sitarə İsmayılı,Azad Zahidi, Mətanət Ağamirovanı, Natəvan Dəmirçioğlunu, Səadət Təhmirazqızını, Şahnaz Ağamiri, Ötərxan Eltacı,Qoşqar Salmanlını, Zaur Rzayevi, Mahəddin Əskəri, Elnurə Hüseynovanı ,Xaliq Rəhimlini;
Səsləri ilə evlərimizə doğmalıq gətirən, nitqləri ilə ana dilimizin saflığını qoruyan unudulmaz diktorlarımız: Ofelya Sənanini, Eldost Bayramı, İradə Ələkbərqızını, Əli Məhəmmədoğlunu, Roza Tağıyevanı, Nailə İslamzadəni, Sevil Hüseynlini, Ofelya Nəzirlini, Həqiqət Əsgərzadəni, Sevda Ağazadəni,Kəmalə Aslanovanı və adını çəkə bilmədiyim neçə-neçə fədakar həmkarımı dərin ehtiramla salamlayır, hər birinə uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!
Bu bayram həm də kadrarxasında görünməyən, lakin efirin nəbzini tutan yüzlərlə mühəndisin, rejissorun, operatorun, səs rejissorunun — bütövlükdə teleradio işçilərinin müqəddəs əməyinin bayramıdır.
Yüz yaşın mübarək, Azərbaycan Radiosu və Televiziyası! Səsin hər zaman zirvələrdən gəlsin, nurun heç vaxt sönməsin!


Mübariz Süleymanlı,
Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sabiq sədr müavini ,jurnalist


