Weather Data Source: havadurumuuzun.com

TARİXƏ VƏ MƏNƏVİYYATA SƏYAHƏT

TARİXƏ VƏ MƏNƏVİYYATA SƏYAHƏT
(Unudulmaz bir günün təəssüratları…)

Bu gün ömrümün ən yaddaqalan, məna və ruhla dolu günlərindən birini yaşadım. Qobustanın minillikləri pıçıldayan qayalarından Diri Baba Türbəsi, Şamaxının mənəvi saflığına, abidələrə, oradan isə orta əsrlər Ağsu şəhərinin tarixi abidələrə, sirli-sehrli tarixinə uzanan bu səyahət mənim üçün sadəcə bir gəzinti deyil, keçmişimizə və milli kimliyimizə edilən dərin bir ehtiram ziyarəti oldu.
Addımladığımız hər qarış torpaqda tariximizin ayaq izlərini duyduq, ziyarətgahlarımızın nuru ilə qəlbimizi isitdik. Bu səfər bizə həm yaddaşımızı təzələmək, həm də ulu babalarımızın bizə miras qoyduğu abidələrin əzəmətini yenidən dərk etmək imkanı verdi.

Bu möhtəşəm yolçuluğun əsas təşkilatçılarına, bizə bu tarixi və mənəvi anları yaşamaq vəsiləsi yaradan “Təxəyyül Art” qrupunun rəhbəri, dəyərli xalçaçı-rəssamımız Natiq Nəcəfzadəyə və qrupun müavini, səmimiyyəti ilə hər kəsin rəğbətini qazanan Vüsalə xanım Yunusovaya öz dərin minnətdarlığımı bildirirəm. Onların sənətə və tarixə olan sevgisi sayəsində hər bir dayanacağımız daha mənalı, hər bir məlumat daha dəyərli oldu.

Eyni zamanda, bu səfəri öz xoş söhbətləri, səmimiyyəti və enerjisi ilə gözəlləşdirən bütün dostlara təşəkkür edirəm. Biz birlikdə həm əyləndik, həm öyrəndik, həm də bir daha şahid olduq ki, tarixinə sahib çıxan, onu sevən insanlarla birlikdə olmaq ən böyük zənginlikdir.
Yaddaşımızda dərin izlər buraxan bu gözəl gündən bizə qalan, uca mənəviyyat, bol sevinc və tariximizə olan sonsuz qürur hissi oldu. Hər birinizə bu gözəl gün üçün bir daha sonsuz təşəkkürlər!

Hörmətlə: Vüsal Ağa
10 may 2026-cı il / Sumqyıt

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top