Heydər Əliyev 103

Heydər Əliyev 103
Bu gün 8 may 2026-cı ildə Mingəçevir şəhərindəki N.qasımov adına 4 saylı məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ili münasibəti ilə tədbir keçirildi. Tədbirdən əvvəl Milli Qəhrəman N. Qasımovun büstü önünə gül qoyuldu. Gülqoyma mərasimində qonaq kimi dəvət olunmuş Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər Təhsil setorunun müdiri cənab Rüstəm Aslanov, Təhsil sektorunun məsləhətçisi Pərviz Seyfullayev, Milli Qəhrəman N. Qasımovun qardaşı Nofəl Qasımov, AYB-nin Mingəçevir bölməsinin təmsilçisi şair-publisist Məmməd Mərzili və gənc şair Nərmin Əliyeva iştirak etdilər. Tədbirə gələnlər sonra məktəbin akt zalına keçdilər. Məktəbin direktoru Zaur Museyibov qonaqlara burada hazırlanmış H. Əliyev guşəsinə dəvət etdi. Burada H. Əliyevin həyatını əks etdirən şəkillər, məruzələrindən hazırlanmış kitablar nümayiş olunurdu.
Tədbir Azərbaycan himni ilə başlayandan sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra H.Əliyevin həyatı və dövlət quruculuğundakı fəaliyyətini əks etdirən film-slayt göstərildi. Sonra Mingəçevir Təhsil sektorunun müdiri R. Aslanov ulu öndərin təhsilə strateji əhəmiyyətli sahə kimi əhəmiyyət verməsindən, dilimizin dövlət dili olaraq H. Əliyevin diqqətində olmasından danışdi. Çıxış edən N. Qasımov, M. Mərzili, N. Əliyeva ulu öndərin dövlətin xilasındakı siyasi bacarığından, hörmətli prezidentimiz cənab İlham Əliyevin onun yolunu davam etməsindən söhbət açdılar. Torpaqlarımızın işğaldan azad olmasında onun qətiyyətli addımı qeyd olundu.
Məktəblilər H. Əliyevə həsr olunmuş şeirlər və musiqi nömrələri ilə tədbir iştirakçılarına xoş anlar yaşatdılar. Sonda AYB-nin Mingəçevir bölməsinin sədri İ. İmanzadənin təsis etdiyi “Tədbirlərdə ifadəli qiraətə görə” tərifnamələr qonaqlar tərəfindən şagirdlərə təqdim olundu.

Məmməd Gürşadoğlu
AJB-nin üzvü, şair-publisist.


