Weather Data Source: havadurumuuzun.com

Heydər babaya təşəkkür

Heydər babaya təşəkkür

11 yaşında qaçqın olan, həyatın müxtəlif əzablarını görmüş; vətən itkisi səbəbilə ağır sosial təzyiqlər üzündən atası depressiyaya düşən, 7 nəfərlik ailənin bütün məsuliyyətini üzərinə götürən;səhər tezdən Şəki rayon Cəyirli kəndinin ucqar fermasından tanımadığı Mingəçevir şəhərində xəstəxanada yatan atasına xörək gətirib verib,şəhərdən ailəsi üçün bazarlıq edib kənd avtobusuyla geri qayıdıb,kənd uşaqlarının qaçqın deyə rişxənd etdiyi, öz heyvan sayları qohumlarınkı ilə müqayisədə dəfələrlə az olmasına rəğmən; qohumlarıyla eyni yükü çəkən; kiçikkən böyümüş,böyükikən uşaqlığına boylanan bir “rəncbərin” Heydər babaya təşəkkürü.

“Heydər” baba!
Biz vətənsiz qalanda,
“Qaçqınciyəz”damğasını bulanda,
Köçkün kimi dışlananda-sınanda
Qolçomaqlar dərimizi soyanda,
Sahib çıxdın ulusuma, elimə!

Tanrı məni bağışlamaz,əfv etməz,
Sənə qarşı pis söz gəlsə dilimə!

12.12.2003 cü il Naxçıvan Muxtar Respublikasının Şərur rayon Muğanlı kəndinin İran İslam Respublikası ilə sərhəddində,Ağrı dağından süzülüb gələn dəhşətli sazağın təsiri altında gecə saat təqribən 3-4 radələrində xidmətdə olan zaman, ovuc içi boyda bir radiodan-Türkiyə fm dalğasından xəbərlər proqramını dinləyirdim. Birdən diktorun ağzından bu kəlmələri eşidəndə dəhşət məni bürüdü. “Azərbaycan Cümhur Başkanı Haydar Aliyev hayatını kayb etdi”.
Azərbaycanın ən qatı düşmənlərindən biri olan xain bir dövlətlə sərhəddini qoruyan bir əsgər olaraq ölkənin gələcək taleyinin necə olacağı əndişəsinə qapıldım. Və heç kəsə bir kəlmə də bu haqda heç nə demədim. Həm xəbərin dəqiq olmasına əmin deyildim,həm də radio saxlamaq yasaq idi. Həmin günlər düşmənlərimizin ölkəmizə hər hansı təcavüz etmə hisləri məni nədənsə narahat edirdi. Gələcək Azərbaycanı Heydər Əliyevsiz nə gözləyir kimi suallar beynimdə var-gəl edirdi.

Bu günlərə şükürlər olsun! İşğal altında olan vətənim azaddır. Mən uşaqlıqda qoyub gəldiyim xizəyimi tapa bilməsəm da,2026 cı ilin qışında doğma Kəlbəcərimdə uşaqların xizək sürüdüyü mənzərəyə baxmağın sevincini sözlə ifadə etmək mümkünsüzdür!

Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin,Ali Baş Komandana cansağlığı versin!

Müəllif: Namiq Rəncbər 

Top