Weather Data Source: havadurumuuzun.com

23 Avqust – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Peşə Bayramı

23 Avqust – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Peşə Bayramı

Bu gün – 23 avqust tarixində biz, Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin və sabitliyinin qorunmasında əvəzsiz rol oynayan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin şanlı yolunu, fədakar əməkdaşlarını və onların müqəddəs missiyasını böyük qürur hissi ilə yad edirik.

Müstəqillik hər bir xalqın varlığının, dövlətin dayağının ən ali rəmzidir. Bu müstəqilliyi qorumaq, dövlətimizin təhlükəsizliyini təmin etmək, ölkə başçısının və strateji maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaq isə xüsusi peşəkarlıq, dönməz iradə və sarsılmaz vətənpərvərlik tələb edir. Prezidentin Təhlükəsizlik Xidməti məhz bu müqəddəs vəzifəni şərəflə, vicdanla və yüksək məsuliyyət hissi ilə həyata keçirir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli təhlükəsizlik strategiyasının bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, ölkəmizin siyasi sabitliyinin, təhlükəsizliyinin və suverenliyinin möhkəmlənməsində Prezidentin Təhlükəsizlik Xidmətinin əhəmiyyətli payı danılmazdır. Bu qurum yalnız fiziki təhlükəsizliyi deyil, həm də dövlətçiliyimizin dayaqlarını, milli maraqlarımızı və xalqımızın sabit gələcəyini qoruyur.

Bu peşə bayramı münasibətilə başda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-mayor Fərid Əsgərov olmaqla, bütün əməkdaşları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni zirvələr arzulayıram.

Sizin fədakarlığınız, ayıqlığınız və peşəkarlığınız sayəsində dövlətimizin sabahı daha güclü, xalqımızın gələcəyi daha etibarlı olur. Təhlükəsizlik, sabitlik və güvənlik hər zaman Sizin zəhmətinizin, sədaqətinizin və məsuliyyətinizin bəhrəsidir.

Allah Vətənimizin keşiyində ayıq-sayıq dayanan hər bir əməkdaşımızı qorusun!

Hörmətlə,
Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist şair-publisist.

Top