Weather Data Source: havadurumuuzun.com

Zaur Ustac – Qurban

QURBAN
Kölgən düşən yeri türbətlik billəm,
“Qurban”ı yazdığın əlinə qurban.
Ayda da dayanıb, “Gəl!” – desən, gəlləm,
Nabatdan yonulmuş dilinə qurban.


Qıymaram gözlərin qala yollarda,
Min bəla fırlanır sağda, sollarda,
Rəvamı yer gəzə özgə qollarda,
Gəlintək bəzənmiş belinə qurban.


Ustacam, səsimi batırıb qəhər,
Sənsiz nəfəs alsam, qoy olsun zəhər,
Oxşaram zülfünü hey axşam, səhər,
Müşki-ənbər qoxan telinə qurban.
29.04.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top