ATATÜRK MƏRKƏZİNDƏ ….

ATATÜRK MƏRKƏZİNDƏ ….
Azərbaycan Mədəniyyət Assosiyası, Azərbaycan Kulturoloqları Cəmiyyəri,” Simurq” Kulturologiya Mərkəzinin ” YÜKSƏK MƏDƏNİYYƏTLİ İNSAN” mövzusunda növbəti Kulturoloji Elmi Oxumalar Atatürk mərkəzində keçirildi.Tədbirdə alimlər,dövlət struktorları,müəllimlər, jurnalistlər, muzey işçiləri,QHT nümayəndələri, həmkarlar ittifaqlarının nümayəndəri və b.iştirak edirdilər.
Tədbiri ” Simurq” Azərbaycan Assosiasiyasının Prezidenti ,professor Fuad Məmmədov açdı.O,” Yüksək mədəniyyətli insan, davamlı inkişafın yenidən bərpa olunan strateji resursu kimi” mövzusunda ətraflı məlumat verdi.Çıxışa davam etmək üçün sözü ,Atatürk mərkəzinin sədri, akademik Nizami Cəfərova verdi. Nizamı müəllim mövzuyla bağlı bəzi məsələlərə aydınlıq gətirdi…
” Bakinskiy raboçiy” qəzetinin baş redaktor müavini,kulturoloq- yaponşünas,Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü Əbülfəz Babazadənin “Kulturoloğiya və müasir siyasi mədəniyyət kontekstində Azərbaycanın davamlı inkişaf perspektivləri” mövzusundakı məruzə də maraqla dinlənildi.Belə ki,o,yüksək mədəniyyətə malik insan tipinin formalaşmaslnın strateji yollarından danışarkən,Prezident İlham Əliyevin bu siyasəti inkişaf etdirib,onu təbliğ və təqdir etdiyini yada saldı.Belə ki,Prezidentimiz 2020 – ci il Davos Forumundakı çıxışı zamanı demişdir:” Azərbaycan öz dəyərlərini qlobal arenada təblığ edən və eyni zamanda yeni inkişaf modelləri ilə siyasi sabitliyi qoruyan bir dövlətdir”.
Natiq çıxışına davam edərkən qeyd etdi ki, Azərbaycanın mədəni və siyasi strategiyaları,habelə onun davamlı inkişaf yolu, qlobal siyasətin təməl prinsiplərinə uyğun fəaliyyət göstərməsinə imkan yaratmışdır.Beləlikllə,Azərbaycanın siyasi mədəniyyətin özəllikləri və inkişaf mexanizmləri
dövlətin sabitliyi və qlobal arenadakı nüfuzunun artmasında əsas rol oynayır….
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru,Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü Sədaqət Əliyevanıın “Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında qadınların rolu” mövzusundakı məruzəsi də böyük maraqla dinlənildi.Mövzusundan göründüyü kimi, bu sahə də daha geniş məqamları əhatə edir.O, Orta Asiya ölkələrində qadınların milli geyimlərə üstünlük verdiklərini qeyd etdi, bizim qadınlarımızın milli adət və ənənələrə sadiq qaldıqlarını,ailə şərəfini qorumalarını da dedi.Əlavə olaraq bu qaydalara əməl etməyənlərin ictimai qınağa məruz qalmalarının vacibliyini məqbul hesab etdi və ruhi mədəniyyətin inkişafında qadınların rolundan ətraflı danışdı.Bu məruzə ətrafında “Simurq” cəmiyyətin vitse- prezidenti Sveta Bayramova telekanallardakı bəzi çatışmazllıqllardan,geyim mədəniyyətinə diqqətin artırılmasının vacibliyini vurğuladı.
Moderator- “Simurq”AMA – nın Vitse-prezidenti,professor Səlahəddin Əyyubov mövzulara istinad edərək oz mülahizələrini dinləyicilərə çatdırdı. Sonda xatirə şəkilləri çəkildi.(Layihə rəhbəri Leyla Haçıyevaya təşəkkür edirik). Fotolar:
Nəzakət Eminqızı,
AJB və AYB- nin üzvü,yazar- publisist.””Yazarlar” jurnalının əməkdaşı.