Weather Data Source: havadurumuuzun.com

Lənkəranda Hərbi-xidmətə yola düşən yaradıcı-gənclə görüş keçirilib.

Lənkəranda Hərbi-xidmətə yola düşən yaradıcı-gənclə görüş keçirilib.

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Mədəniyyətimiz uğurlara doğru” lahiyəsi çərçivəsində İctmai-yaradıcı gənc, III-dəfə respublika mahnı müsabiqəsinin qalibi, yaxın günlərdə Hərbi-xidmətə yola düşən Allahverən Pərvizoğlu ilə   görüş keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri,ziyalılar, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktor v.m.i.e Arzu Rufullayeva açaraq yaradıcı-gəncin həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra çıxış edən natiqlər yaradıcı gəncin yaradıcılığından söz açaraq, ona yaradıcılığında və hərbi-xidmət yolunda müvəffəqiyyətlər arzulamışdırlar.

Daha sonra Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlərilə tədbirə dahada rəng qatıblar.

Tədbirin sonunda İctimai-Yaradıcı gənc, III-dəfə respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlu keçirilən görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, xatirə şəkli çəkdirilib.

Zefernews.az

Top