Prezident Elçin Süleymanovu təltif edib.

Elçin Süleymanova Prezident İlham Əliyev tərəfindən yüksək mükafat
Zefernews.az xəbər verir ki,
Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin ŞKTR (Şimali Kipr Türk Respublikası) Əlaqələr Təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Elçin Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intellektual təhsilinə və istedadlı yazıçılığına görə Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan Prezident Təqaüdü mükafatına layiq görülüb.
Azərbaycan-ŞKTR əlaqələrində mühüm rol oynamış tanınmış simalardan biri, qəlbi yaxşılıqla dolu gözəl insan Elçin Süleymanovu təbrik edir, ona yeni-yeni uğurlar və nailiyyətlər arzu edirik.