Lənkəran Kollecinin müəllim və tələbələri Bakıya səfər ediblər.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbələrindən ibarət səfər konserti baş tutub.
Öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Zefernews.az xəbər verir ki,
Tədbiri giriş sözü ilə açan ADİU nəzdində Sosial-İqtisadi Kollecin direktoru p.e.d Vidadi Orucov gələn qonaqları salamlayaraq Kollecin 100 illiyi münasibətilə təbrik etdi.
Sonra LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova rəhbərlik etdiyi təhsil ocağının fəaliyətindən bəhs edərək göstərdikləri qonaqpərvərliklərinə görə Kollecin rəhbərliyinə təşəkkürünü bildirdi.
Konsertdə LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin ”İnstrumental ifaçılıq (fortepiano və xalq çalğı alətləri) FBK üzrə “Lira”xalq çalğı alətləri ansamblı (Şüştər rəngi), “İKT və incəsənət fənləri” FBK-nın müəllimi Əli Hüseynov (Küçələrə su səpmişəm), “İKT və incəsənət fənləri” FBK-nın müəllimi, Bəstəkar-Musiqişunas Zəminə Tariyelqızı (Unut məni unutmağı), “Vokal sənəti” (xanəndəlik) ixtisasının III kurs tələbəsi Allahverən Pərvizoğlu (Ürək deyir yaşa hələ), “Xalq Çalğı Alətləri” ixtisasının IV kurs tələbəsi Elşad Əlizadə (Qaytağı), Vokal sənəti (xanəndəlik) ixtisasının III kurs tələbəsi Kənan Cabbarlı (Qarabağ-Gülür ellər gülür), ”İnstrumental ifaçılıq (fortepiano və xalq çalğı alətləri) FBK-nın sədri İlqar Əliyev (Ömrümün istəyi), “İntisturumental ifaçılıq (xalq çalğı alətləri)” ixtisasının III kurs tələbəsi Nəsirli Qurban (Ruhani döndərməsi), Vokal sənəti (xanəndəlik) ixtisasının I kurs tələbəsi Zərda Dadaşova (Gecə keçdi), Vokal sənəti (xanəndəlik) ixtisasının III kurs tələbəsi Samid Xudadlı (Axtararsınız), “İKT və incəsənət fənləri” FBK-nın müəllimi Əli Hüseynov, Vokal sənəti (xanəndəlik) ixtisasının I kurs tələbəsi Zərda Dadaşova, “Vokal sənəti” (xanəndəlik) ixtisasının III kurs tələbələri Allahverən Pərvizoğlu, Kənan Cabbarlı, Samid Xudadlının (Yaşa mənim xalqım) ifaları səsləndirildi.
Kollecin müəllim-tələbə heyətinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramının sonunda xatirə şəkli çəkdirilib.