Weather Data Source: havadurumuuzun.com

Elxan Nəcəfov nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasında daha bir nazir təyinatı olub.

Zefernews.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun Qərarı ilə Elxan Nəcəfov NMR-in təhsil naziri təyin edilib.

Qeyd edək ki, 1982-ci ldə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək təhsil nazirinin səlahiyyətlərini icra edirdi. O, daha əvvəl isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Top