Weather Data Source: havadurumuuzun.com

Müstəqillik Günün mübarək, Azərbaycan!..

Müstəqillik Günün mübarək, Azərbaycan!..

 

Bu gün səhər Azərbaycandan çıxan Günəş bütün dünyaya öz zərrin şəfəqlərini yaydı! Gözəl və müdrik Azərbaycanım! Müstəqillik Günün mübarək! Mənim əsrarəngiz sevgim, məhəbbətim Sənədir, Səninlədir, əziz Azərbaycanım! Biz gecə də, gündüz də Səninlə nəfəs alır, Səninlə sevinirik, şadlanırıq! Daha ürəyimizdə bir nisgillik, bir kədər qalmayıb! İndi bir arzum, istəyim var ki, gözəl Qarabağın gül-çiçəyini dərib analarımızın ayaqları altına sərim, onların sonsuz kədəri olan şəhidlərimizi ağlayan gözlərindən, gözünü silən əllərini öpüm! Bizim analarımız elə analardır ki, onların dilindən, könlündən bayatı səslənir, şeir dilində danışır, analarımız! Qəlbində həmişə kövrək duyğular oyanır onunla şəhidlər haqqında danışanda! O, Şəhid sözünü eşitmək istəmir! Amma, o, heç nə olmamış kimi təmkinlidir, vüqarlıdır! Sinəsi kədər-qəm ilə dolu olmasına baxmayaraq, yenə qonaq qəbul edəndə, onu ziyarətə gələnləri gülərüzlə qarşılayır! Mən belə kədərli olmanızı istəməzdim, əziz analarımız! Siz dünyanın ən gözəl və mehriban xanımlarısınız! Siz min ilham pərilərisiniz! Bizim ürəyimizdə hər zaman Sizə məhəbbət, sevgi var! Ürəyimizdən keçən arzularımızı, ümidlərimizi Sizə bildirmək üçün söz tapa bilmirik! Sizin bəzən məhzun görkəminizə nəzər salanda Sizinlə birlikdə mən də jurnalist olaraq çox kövrəlirəm! Elə bilirəm ki, analarımızın ürəklərindən keçən kədər, həm də sevinc duyğuları mənim də ürəyimdən keçir! Axı, mən də Sənin şəhid oğulun kimi bu Vətənin oğluyam, Ana! Sənin Vətən torpaqlarımızın azadlığına necə sevindiyini görəndə mənim sevinc dolu ürəyim də pərvəriş tapıb, güclənib, gözəlləşib!

 

Mən bu gün əsrin yadigarı olan müdrik və böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevə böyük təşəkkürümü bildirirəm ki, sevgi ilə böyüdüb bu gözəl günlərə çatdırdığı Ali Baş Komandan, Azərbaycanımızın görkəmli Prezidenti İlham Əliyevi Vətən məhəbbətilə böyüdüb və o, bizə Qarabağımızı bağışlayıb!

 

Hörmətli və əziz Prezident İlham Əliyevə biz bütün varlığımızla inanır və sabahımızın daha nurlu olacağına inanırıq! Adı İLHAM olan Ali Baş Komandan və Prezident seçilən İlham Əliyev Ali kürsülərdən mərd, qorxmaz Komandan kimi cəsarətlə çıxış edərkən o, Azərbaycan adını dünyanın bütün kürsülərindən cəsarətlə səsləndirir və sanki dünya kürsülərində sərkərdə kimi Azərbaycanın möhtəşəm və mübarizlərlə sıralanan Ordumuza səslənir və ifadə etdiyi sözlərin gücünü, qüvvətini bilirdi! Bu gözəl günümüzü bizə çatdırdığınız üçün Sizə minnətdarıq, hörmətli və əziz Prezidentimiz, İlham Əliyev! Siz Azərbaycanı necə sevirsinizsə, biz də Sizi elə sevirik və Sizə olan sevgimiz dağlar kimi ucadır, yenilməzdir! Biz indən belə sevinc dolu ürəyimizin Vətən naminə vüqarla, əzmlə döyündüyünü illər, əsrlər keçsə də fəxrlə duyacağıq və həmişə, hər an Sizin şücaət, cəsarət, igidlik, qəhrəmanlıq və mənalı sevinc hisslərilə dolu müdrikcəsinə söylədiyiniz sözləri heç zaman unutmayacağıq! Azərbaycan bizim ürəyimizdən keçən və zirvələrə ucalan məmləkətimizdir! Hər dəfə bizlərə QƏLƏBƏ və ZƏFƏR xəbərlərini Sizdən eşidərkən bizlər də Sizin sevincinizi Sizlə birlikdə yaşayır, ürəyimiz dağa dönür və xaricdə yaşayan azərbaycanlılar kimi heç vaxt özümüzü arxasız hesab etmirik! Biz Sizin adınız gələndə ayağa durur və möhtəşəm addımlarınızın səsini eşidəndə bilirik ki, sabaha boylanan ümidimiz olan “DƏMİR YUMRUQ” əlinizdədir!

 

Bizim sinəmizə bir söz yazılıb: “Qarabağ Azərbaycandır!”. İndi şəksiz-şübhəsiz məğlub olan düşmən də bu sözü əzbər bilir və yeri düşəndə qorxudan əsir və CAN AZƏRBAYCAN! kəlməsini eşidən kimi, onun qorxusunu duyuruq! Yaşa, Azərbaycan, Yaşa! Mən də əlimə qələm götürüb Sənin hüsnünə yaraşan sözlərimi müsəlləh əsgər kimi, Vətəni sevən jurnalist kimi ürəyimdən süzülüb gələn Sənin ucalığına qoşduğum mənalı şeirlərə, şirin kəlmələrə çevirəcəyəm! Mən də Sizin kimi ürəyimə inanıram ki, Azərbaycan ürəyimin telləri kimi vüqarla döyünəcək və daim Qartal kimi zirvələrdə dayanacaq, və o, düzlərə uçanda Vətənimizin gözəlliyinin şahidi olacaq və lazım gələrsə, düşməni iti caynaqlarıyla param-parça edəcək, həm də alovlarda bərkiyəcək!

 

Qartal da qayadan uçanda düzə,

 

Qaya kövrəkləşir, qaya ağlayır!

 

Palıd da meşədən uzaq düşəndə,

 

Qəlbinə alovdan kösöv bağlayır!…

 

Azərbaycanımızın Ali Baş Kimandanı, Prezident İlham Əliyevin dediyi kimi, “Dəmir Yumruq” onun əlindədir, o da sanki Qartal kimi Vətənin ucalığını, möhtəşəm və güclü olmağını qəhrəman və igid Vətən övladı kimi ürəkdən istəyir! Onun ucalığına çalışır, Ali kürsülərdən “Can Azərbaycan!” deyib onun müstəqilliyinin daim möhkəm olmağını hər bir vətənpərvər və igid Vətən oğlutək səsləndirir, Qartal kimi ucalığa uçur! Həmişə ucalıqda ol, Ana Vətənim, Azərbaycan! Yaşa, Yaşa, Azərbaycan!

 

28 May – Müstəqillik Günün mübarək!

 

Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

28 May, 2024-cü il

Top