Sübhunur Tədris Mərkəzində tədbir keçirilib

Sübhnur Tədris Mərkəzinin də valideynlərlə görüş keçirildi. Görüşdə elm xadimi, ictiami xadim, valideynlər iştirak etdilər. Əvvəlcə mərkəzin rəhbəri Gülnarə Hüseynova Fəxri qonaqları və valideynləri salamlayaraq bu gün təşkil olunmuş görüşün mahiyyətini açıqladı. Daha sonra STM mərkəzinin baş koordinatoru, Lütfi Zadə adina BMEA – nın müxbir üzvi, riyaziyyat fəlsəfə doktoru, 83saylı məktəb – litseyin eks rəhbəri Nabu Mahmudov, mərkəzin müəllimləri ilə yanaşı övladları ümumi təhsil məktəblərində təhsil alanların valideynlərinin ümumtəhsil məktəbində tətbiq edilən meyarlar əsasında aparilan sinifdaxili qiymətləndirmə sistemi ilə taniş etmiş, diaqnostik, formativ, summativ qiymətləndirmə, təhsilin keyfiyyətinin Yüksəldilməsində pedaqoji monitorinq və qiymətləndirmələrin rolu haqqinda ətraflı məlumat vermişdir. Daha sonra Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri, Zefernews.az, com saytının rəhbəri, Şairə-publisist, jurnalist, Uluslararası Barıs Elçisi Statusuna Layiq görülən Pərvanə Salmanqızı İctimai mühitdə formalaşacaq gələcək fidan balalara, şagirtlərin valideynlərə onların gələcəkdə şəxsiyyət kimi formalaşmasına dair öz fikirlərini bölüşdü …..