Weather Data Source: havadurumuuzun.com

Sevindik Nesiboğlu KİTABLARINI AMEA-NIN MƏRKƏZİ ELMİ kitabxanasına Təqdim Edib

GƏNC YAZAR SEVİNDİK NƏSİBOĞLU YENİ NƏŞR OLUNMUŞ KİTABLARINI AMEA-NIN MƏRKƏZİ ELMİ KİTABXANASINA TƏQDİM ETDİ

 

Sevindik Nəsiboğlu zefernews.az saytına bununla bağlı məlumat verib:
“3 aprel 2024-cü il tarixində növbəti dəfə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında qonaq oldum. “Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” adlı kitablarımdan bir neçə nüsxə Qarabağ müharibəsi qəhrəmanları fonduna hədiyyə etdim. Həmçinin gələcək işlərimlə bağlı fondun əməkdaşlarına məlumat verdim. Şəhidlərimizin qəhrəmanlıqlarından danışaraq, onların əziz xatirəsini bir daha yad etdim.
Xoş münasibətə görə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə xanım Səfərzadəyə və fondun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin.
Məlumat üçün onu da qeyd edim ki, müəllifi olduğum 7 kitabımın hamısı bu fondda oxucuların istifadəsinə verilmişdir.
VƏTƏNİMLƏ VƏ VƏTƏNİMİN BİZ GƏNCLƏRƏ DƏYƏR VERƏN ZİYALILARI İLƏ FƏXR EDİRƏM!”

Saytımızın adından gənc şair-publisist Sevindik Nəsiboğluna uğurlar arzu edirik.

Top