Weather Data Source: havadurumuuzun.com

Elm və Təhsil Naziri Sevindik Nəsiboğlunu qəbul edib

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRİ CƏNAB EMİN ƏMRULLAYEV GƏNC YAZAR SEVİNDİK NƏSİBOĞLU İLƏ GÖRÜŞÜB

Məktəbli yazar,AJB üzvü, 7 kitab müəllifi, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri, Xebertime.az saytının ictimai müxbiri Sevindik Nəsiboğlu görüş haqqında öz təəssüratlarını zefernews.az saytına  bildirib.:

“23.02.2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşları qəbul edərkən mən də Emin müəllimin qəbulunda oldum. Emin müəllimlə özü kimi çox sadə və səmimi söhbətimiz oldu. Əvvəlcə cənab nazirimizi yenidən bu vəzifəyə təyin olunması münasibətilə həmyaşıdlarım, oxuduğum məktəbin müəllim-şagird kollektivi və öz adımdan təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzu etdim. Sonra isə ona yaradıcılığım, fəaliyyətim və təhsil həyatım barədə məlumat verdim. Sonda Emin müəllimə kitablarımı təqdim etdim. Emin müəllim mənə kitab hədiyyəsi üçün təşəkkürünü bildirdi və gələcək təhsil həyatımda, yaradıcılığımda mənə uğurlar arzu etdi. Bir daha qızıldan dəyərli vaxtını ayırıb məni qəbul etdiyi üçün cənab nazirimiz Emin Əmrullayevə dərin minnətdarlığımı bildirirəm.
VƏTƏNİMLƏ VƏ VƏTƏNİMİN BİZ GƏNCLƏRƏ DƏYƏR VERƏN ZİYALILARI İLƏ FƏXR EDİRƏM!”

Top