Weather Data Source: havadurumuuzun.com

Əli Əsədov yenidən Baş nazir vəzifəsinə seçilib

Əli  Əsədov Azərbaycan Respublikasına yeni Baş nazir seçilib.

Belə ki, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib. Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında məsələ spiker Sahibə Qafarova tərəfindən səsverməyə çıxarılıb.

Zefernews.az xəbər verir ki,

Müzakirələrdən sonra deputatlar Əli Hidayət oğlu Əsədovun yenidən baş nazir seçilməsinə yekdilliklə səs verib.

 

Xatırladaq ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.

Top