Weather Data Source: havadurumuuzun.com

Qurtuluş günü münasibətilə”Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyi N saylı hərbi hissədə tədbir təşkil etdi

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi.

 

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

 

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

 

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri Ulu Öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir.

Zəfərnews.az xəbər verir ki,Hər il olduğu kimi, bu ildə Qurtuluş günü münasibətilə “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyi N saylı hərbi hissədə tədbir təşkil etdi.Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi,Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin sədri Zəfərneəws.az saytının təsisçisi,jurnalist şairə -publisist , Beynəlxalq Ictimai Təşkilatın Ümumdünya Fars -ereb-turkdili və Qafqaz Xalqları Konfederasiyasının Azərbaycan üzrə vitse-prezidenti Abdullayeva Pərvanə Salmanqızı Ulu Öndər Heydər Əliyevin həyat yolundan geniş çıxış edərək,bu gün ölkəmizi işıqlı gələcəyə doğru aparan ,dünya siyasətçilərinin sırasına adını qızıl hərflərlə yazan, qalib ölkənin laiqli lideri ,Ali baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımız böyük uğurlar qazandı. Bu yolda əməyi keçən şəhidlərimizə və ailələrinə, qazilərimiz, qüdrətli ordumuza təşəkkürünü bildirdi.İlk sözü Şəhid Elmarın anası Biləndərli Çiçək xanıma verildi.Hərbiçilərin alqışları altında səhnəyə dəvət olundu,dəyərli anamız gözləri dolaraq çıxışını etdi.

Tədbirdə Ehtiyatda olan Polkovnik Leytenant ,”Zəfər Yolu” Müharibə İştirakçılarına və şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin Veteranlara və Qazilərə sosial Yardım şöbəsinin müdir müavini Hüseynov Fariz Bahadur oğlu,Milli Təhlükəsizlik mutexessi Azərkənafın direktoru Rəşad Rza,Azərbaycan Respublikasının Əməkdar Artisti Muğamlarımızın, xalq və bəstəkar mahnılarımızın mahir ifaçısı Elza Qaybalıyeva,AzTV- nin Qızıl Fondunda olan bir neçə filmlərin baş rolunu oynayan Aktrisa -Müğənni, İdmançı yeganə qadın qol güləşçimizdir ki, Mehriban xanım Əliyevayla qol güləşi edibdir və “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Fəxri Üzvü Huseynova Təhminə Nurəddinqızı

9.Azerbaycan Respublikasının Əməkdar Artisti Muğamlarimizin xalq və bəstəkar mahnılarımizin mahir ifaçısı Elza Qaybalıyeva

Tarda -Cavansir Arif oğlu Rüstəmbəyov ,

kamancada Əli Arif oğlu Rüstəmbəyli ,qarmonda toylar kralının qalibi Maarif Mustafa oğlu ,Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin magistri ,gənc muğam ifaçısı və ictimai fəal Yusif Ceferbeyli , Əməkdar Artist Bəstəkar Müğənni Elza Seyidcahan

Meyxanaçı muğəni Rövşən Binəqədili

Aparıcı müğənni Şirin Hüseynov

Genc müğənni Elçin Miri,

Qarmon və sazın mahir ifaçısı, möhtəşəm səsə malik olan Maarif Mustafa oğlu

Təskilatçi prodüser Kamran Nur,

Əhməd Əmirli ,Hülya Əzizova,Tamerlan Baxışlı ,Şıxəli Bagirzadə iştirak etdilər.

Sonda xatirə şəkli çəkdirildi

Zəfərnews.az

Aygün Məmmədova

Top