“Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyi 1 İyun uşaqlar gününü şəhid övladları və qazi övladları ilə qeyd edib, körpə fidanları sevindirdi.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
“Zəfər yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyi hər il olduğu kimi bu ildə Şəhid övladları,qazi övladları başda olmaqla bütün uşaqların Beynəlxalq Uşaqlar günü münasibətilə N saylı hərbi hissədə tədbir təşkil etdi. Tədbiri “Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salmanqızı giriş sözü ilə açdı .Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Himni səsləndirildi.İlk çıxış üçün sözü “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Distiplin rəhbəri,20-Yanvar İB birinci müavini ehtiyatda olan Polkovnik Hikmət Ağayev ,Şəhid Elmarın anası Çiçək ana,
Yusifzadə Ramil Adəm oğlunun anası Yusifova Reyhan ana,Müğənni Baba Dərələyəz, müğənni Vüqar Təmkin ,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Quliyev Hacı Seyran oğlu, Gənc Müğənni Salman Azadoğlu ,Aparıcı -müğənni Şirin Hüseynov,müğənni Canana xanım, gənc müğənni Elnar Xəlilov ,”Sara Xatun”Xeyriyyə Cəmiyyətinin fəxri üzvü,Xeyriyyəçi xanım Aynurə Ağayeva,8-ci Muğam Televiziya müsabiqəsinin qalibi Həzrət Ezizli,
“Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Xeyriyyə İşləri üzrə müdiri Qasımova Qızılgül Cabir qızı,Muğam müsabiqənin diplomatı Əliyeva Adilə
Uluslararası Uyuşturucu ile Mücadile ve Eğitim Derneği Azerbaycan bölge Başkanı”Sara Xatun”Xeyriyyə Cəmiyyətinin təsisci direktoru Çinarə Seyran.Sonda isə sözü “Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri,zefernews.az saytının rəhbəri, jurnalist, şairə-publisist Abdullayeva Pərvanə Salman qızı sonda N saylı hərbi hissənin komandiri başda olmaqla bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Sonda xatirə şəklləri çəkdirildi.
Zəfərnews.az
Aygün Məmmədova