“Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salmanqızı və əməkdaşları şəhid Samir Valeh oğlu Mehdiyevin ailəsini ziyarət etdilər.

“Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salman qızı və əməkdaşları qəhrəman şəhidimiz Samir Mehdiyevin ailəsini ziyarət ediblər. Bizi şəhidimizin ailəsi və onu sevən dostları,yaxın qohumları qarşıladılar. Samir Mehdiyevin vətənpərvərliyindən ,ailəsinə,dostlarına, vətəninə , doğmalarına necə sadiq övlad olmasından söhbət açdılar.Samir Valeh oğlu Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində Valeh və Səlimnaz Mehdiyevlərin ailəsində anadan olub. 1997-2008-ci illərdə Salyan rayonunda T. Şirinov adına Xələc кənd tam orta məкtəbində təhsil alıb. Kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayan Samir 2008-2012-ci illərdəHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Samir Mehdiyev ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, III dərəcəli “Qüsursuz xidmətə görə” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. Anası Səlimnaz Samir haqqında danışanda qürur hissi ilə kədər hissi gözümüzdən qaçmadı. Məğrur duruşlu ailənin belə qəhrəman oğlu olardı. Evi muzeyə çevrilib qəhrəmanımızın. Üç rəngli bayraqla bəzənmiş yatağı,sanki yeriyib danışacaqmış kimi hazırlanmış şəkli diqqətimizdən yayınmadı. Azərbaycan Ordusunun kapitanı olan Samir Mehdiyev Samir Mehdiyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də iştirak edib qəhrəmanlıq göstərib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub.Salyan rayonunda dəfn olunub Allah rəhmət eləsin ,məkanın cənnət olsun igidim! Şəhidlər ölməz, Vətən bölünməz
Zəfərnews.az
Aygün Məmmədova