Bakının “Sevgi” parkında növbəti Respublika Çiyələk Festivalı keçirildi .

Zəfərnews.az xəbər verir ki,Bakıda “Sevgi” parkında 13 may şənbə günü Bakının “Sevgi” parkında növbəti Respublika Çiyələk Festivalı keçirildi .“Azeri Home Chef” Kulinariya Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə Festivalda iştirak edirdi .Sayca ikinci olan Çiyələk Festivalını Bakıda keçirdirik xeyli sayda turist axını var biz bununla çox sevinirik. Bayram tədbirimizin xüsusiyyəti rəngarəng musiqi proqramı, o cümlədən vokal müsabiqəsi, habelə uşaqlar üçün “Çiyələyi çəkirəm” rəsm müsabiqəsi oldu. Bununla yanaşı, festivalda “Le Plaisir” butikinin ustaları tərəfindən fransızsayağı Milföy çiyələkli xəmir desertinin hazırlanması nümayiş olundu. Həmçinin baş aşpazların ustad dərsləri keçirilib, əcnəbi səfirliklər öz ölkələrinin çiyələkli yeməklərini təqdim ediblər. Eyni zamanda, qonaqlar yerli brendlərlə, Bakının məşhur restoranları ilə də tanış olublar. Bütün bu unudulmaz bayram tədbiri “Bizim Tarla”nın və ölkənin ən iri çiyələk istehsalçısı olan “Grow Group”un təşkilatçılığı ilə baş tutdu.
Tədbirdə aşpazlardan ustad dərsləri, səfirliklərin çiyələk qabları ilə çıxışı, ulduzların iştirakı ilə əyləncə proqramı, eləcə də Şəhərin yerli brendləri və ən yaxşı restoranları ilə tanışlıqlar olublar.
Bundan əlavə, ən yaxşı həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, ulduz aşpazların isə ən yaxşıların ən yaxşısını seçəcəyi “Çiyələk Möcüzəsi” kulinariya müsabiqəsi baş tutub.
Azyaşlı qonaqlar üçün “Mən çiyələk çəkirəm” rəsm müsabiqəsi və 6 yaşdan 18 yaşa qədər uşaqlar üçün vokal müsabiqəsi keçirilib
Ən diqqətçəkən məqam isə xüsusi olaraq hazırlanmış çiyələkli piroqun dequstasiyasıdır!
Tədbirdə bir qrup QHT-lər iştirak edirdilər. “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə Salman qızı və komandası da ,tədbirdə iştirak edirdilər. Sevgi parkında unudulmaz gün yaşadılar. Çiyələkdən hazırlanan rəsmlər və əl işləri, eləcə də çiyələkli piroqun hazırlanma qaydası ilə tanış olublar.AZƏRKƏNAF – Azərbaycan Respublikası Əkin Kənafı Araşdırmaları və Tədqiqi Mərkəzinin məhsullarını təqdim edən dəyərli dostumuz Rəşad Rza ilə görüşümüz çox yadda qalan oldu və satdığı məhsullarla yaxından tanış olduq. Sonda xatirə şəklləri çəkdirildi.
Zəfərnews.az
Aygün Məmmədova