Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə hörmətlə anırıq “Ulu Öndər Heydər Əliyev – Böyük tarixi şəxsiyyətdir

Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev şərəfli həyat yolu illər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolunun xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Ümummilli liderimiz Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Vətən müharibəsində möhtərəm Sədr, cənab AliBaş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşməni məhv edərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru apardığını sübut edən mühüm tarixi hadisədir. Qədirbilən xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutur, ehtiramla yad edir. Allah böyük tarixi şəxsiyyətimizə rəhmət etsin.
Fenomen tarixi şəxsiyyət olan dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycanın memarıdır. Azərbaycanda ötən əsrin sonlarına yaxın siyasi təlatümlərin hökm sürdüyü, xaos, apatiya, vətəndaş qarşıdurmasının baş verdiyi zamanda xalq məhz öz xilaskarına Ümummilli Lider Heydər Əliyevə üz tutaraq nicat yoluna çıxdı. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaqdır.
Zəfərnews.az xəbər verir ki, Bu gün Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salman qızı başda olmaqla ,bütün Kollektivi Ulu Öndərin məzarını ziyarət edib,gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Ulu Öndər illər keçsə də hər zaman böyükdən kiçiyə hər kəsin yaddaşlarında qalacaq. Özü də deyərdi çıxışlarında “Nə Qədər ki ,Azərbaycan var , Məndə varam!”
Zəfərnews.az
Aygün Məmmədova