“Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə”Dünyaya günəş kimi doğan insan “adlı silsilə tədbiri bu dəfə də “N “saylı hərbi hissədə keçirildi

Zəfərnews.az xəbər verir ki , “Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Dünyaya günəş kimi doğan insan”adlı silsilə tədbiri ,bu dəfə də “N “saylı hərbi hissədə keçirildi. Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin adlarının əbədiləşdirməsi üçün ” Ağac ək”adlı aksiyası ilə başladı. Sonra tədbir bədii hissə ilə davam etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin aparıcısı Sevinc Bəxtiyar tədbiri açıq elan etdikdən sonra, tədbirin təşkilatçısı “Zəfər Yolu “Müharibə Iştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək Içtimai Birliyinin Sədri,Zefernews.az saytının rəhbəri ,jurnalist ,şairə -publisist Abdullayeva Pərvanə Salman qızına söz verib.Pərvanə xanım Ulu Öndərin həyat fəaliyyəti haqqında geniş çıxış etdikdən sonra müəllifi olduğu “Azərbaycan Azərbaycan” adlı şeirini səsləndirdi.Növbəti çıxış üçün söz Mayor Bala Mirzə Nuriyevə,şəhid Elmarın anası Çiçək Bləndərli anaya ,Baş Leytenant Məlikov Mahmudun atası Məlikov Təhmasib ataya ,”Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin icraçı direktoru Jalə İbadova,Yunisov Akif,
Atakişiyev Səməd , Əhmədov Hacıbala,Hüseynov Xaləddin Şirinov Zabit , Hüseynov Elşən fəxri qonağımız , Şükufə Qarabağlı, şairə -publisist Aynur Zeynallı,Rübabə Vəliyeva, tanınmış rəssam Azərbaycan rəssamlar birliyinin və Türkiyə aktivisti Rəssamlar Birliyinin üzvü Məlahət İsmayılov ,Təhsil Nazirliyinin nümayəndəsi fəxri qonağımız Gülnar xanım
Musiqili qonaqlarımız
Azərbaycan Respublikasin Əməkdar artisti Elza Seyidcahan ,Azərbaycan Respublikasının əməkdar artisti Firuz Səxavət ,Hüseynova Təhminə,
Azərbaycan Bəstəkarı musiqişünas və aktrisa Sevinc Tofiqqizi, Cahan Qrupu ,
Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov,Rəşid Behbudov adını Dövlət mahnı teatrının aparıcısı və salisti Günay Məmmədova,Sevinc Şuşalı ,Nilay İştirak edirdilər.Tədbirdə “Zəfər Yolu” İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salman qızı və digər tədbir iştirakçılarına “N” saylı hərbi hissənin komandiri polkovnik Azər Qasımov adından “9 may faşizm üzərində qələbənin 78-ci ildönümü və 10 may Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” münasibəti ilə hərbi hissədə keçirilən tədbirdə fəal iştiraklarına görə Fəxri Fərmanla mükafatlandırıldılar.Tədbirin sonunda Pərvanə Salman qızı tədbirin keçirilməsi üçün maddi dəstəyə görə “Femina” Xəz ,Dəri Qalereyasının rəhbərliyinə xüsusi təşəkkürünü bildirdi.Sonda xatirə şəkilləri çəkdirildi.
PS:Bizdə kollektivimiz adından Abdullayeva Pərvanə Salman qızına və digər tədbir iştirakçılarına sənət fəaliyyətlərində hər zaman uğurlar,bol nailiyyətlər arzulayırıq.
Zəfərnews.az
Aygün Məmmədova