Weather Data Source: havadurumuuzun.com

“DÜNYAYA GÜNƏŞ KİMİ DOĞAN İNSAN”

Zəfərnews.az xəbər verir ki,“Zəfər yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə
Humanitar Dəstək İctimai Birliyi , Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi ,13 nömrəli tam orta məktəblə birlikdə

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirdilər.
Tədbirdə Dövlət himni səsləndirildi, şəhidlərin və Ulu Öndər
Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Zəfər yolu” İctimai Birliyinin sədri, Zəfərnew.az saytının rəhbəri,
jurnalist, şair-publisist Pərvanə Salmanqızı Abdullayeva müstəqil
Azərbaycanın banisi Heydər Əliyev haqqında fikirlərini bölüşdükdən sonra
“Ulu Öndər Heydər baba” adlı şeirini söylədi.
Tədbirdə kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək
bildirdi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri,
müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi tamam olur.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi
idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində,
uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə
respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında
böyük sıçrayışa nail olmuşdur.

Tədbirdə  şəhid leytenant Mahmud
Məlikovun atası Təhmasib Məlikov, veteran Ramiz Yusubov Azərbaycan
Yazıçılar Birliyinin üzvü Leyla Mətin, “Zəfər yolu” Müharibə İştirakçılarına və
Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Hacıbala Əhmədov, gənc müğənni Sevinc Şuşalı, “Zəfər
yolu” İctimai Birliyinin sədrinin birinci müavini Aynur Zeynallı, jurnalist
Rübabə Vəliyeva və s. qonaqlar iştirak edərək XX əsr tariximizin ən qüdrətli
siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin milli
tərəqqi strategiyasının əsasını qoymasından, tarixi yaddaşın bərpası
istiqamətindә atdığı qətiyyətli addımlardan söhbət açdılar.
Məktəbin direktoru Yaqut Sadıqova Heydər Əliyev haqqında fikirlərini
bölüşdükdən sonra Zəlimxan Yaqubun şeirlərini söylədi.

“Zəfər yolu” İctimai Birliyinin birinci müavini Aynur Zeynallı Şuşaya
həsr etdiyi “Yarım qalmış hekayələr” adlı kitabını Mərkəzi Kitabxanaya
hədiyyə etdi.
Məktəbin direktoru Yaqut Sadıqova kitabxananın əməkdaşlarını Fəxri
fərmanla təltif etdi.
Bədii hissədə 4d sinif şagirdləri “Ulu bir sərkərdə, Ulu bir Öndər” adlı
mahnını ifa etdilər, 4c sinif şagirdləri dahi şəxsiyyətlərin Ulu Öndər Heydər
Əliyev haqqında dediyi fikirləri səsləndirdilər.
3d sinif şagirdi Nuray Məmmədovanın yaratdığı Şuşa obrazı və
məktəbin rəqs qrupunun rəqsləri maraqla qarşılandı.
Tədbirin sonunda Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş edildi.

Zəfərnews.az

Aygün Məmmədova 

b_500_300_16777215_00_images_xeber_sekilleri_11aprel2023_4cccmmi8989oijk.jpg

Top