Weather Data Source: havadurumuuzun.com

Fərid Qayıbovun gənclər sahəsində işçi qrupların üzvləri ilə növbəti görüşü olub

Zəfərnews.az xəbər verir ki,Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbovun gənclər sahəsində işçi qrupların üzvləri ilə növbəti görüşü olub. Görüşdə nazirə işçi qrupları, onların üzvləri və fəaliyyətləri haqqında ümumi məlumat verilib.

Görüş zamanı növbəti mərhələlərdə mütəmadi olaraq işçi qruplarının üzvləri ilə birlikdə müzakirələrin aparılması, təkliflərin ümumilləşdirilməsi, həmçinin problemlərin həlli istiqamətində konkret addımların atılması qərara alınıb.

Növbəti müzakirələrin cari ilin may ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, işçi qrupları Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.

Zəfərnews.az

Aygün Məmmədova


Top