Weather Data Source: havadurumuuzun.com

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə nazirliyinin mətbuat xidmətindən Zəfərnews.az-a verilən məlumata görə,aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Zəfərnews.az

Aygün Məmmədova 

Top