Lənkəran Astara iqtisadi xəbərlər

Lənkəran-Astara iqtisadi rayonunun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, kartofçuluq, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Azərbaycanda istehsal olunan çayın 99%-ə qədəri, tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu iqtisadi rayonun payına düşür. Sənaye kənd təsərrüfatı xammallarının emalı əsasında inkişaf etmişdir, bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Yeyinti sənayesində balıq emalı, çay, meyvə-tərəvəz konservi və şərab istehsalı mühüm yer tutur. Ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir.Lənkəran-Astara iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir


