Weather Data Source: havadurumuuzun.com

Zəngəzur İqtisadi rayonu

Zəngəzuru tanıyaq və tanıdaq          

Qərbi Zəngəzurun ötən yüzillikdəki inkişafında Zəngəzur azərbaycanlılarının əməyi danılmazdır. Zəngəzur azərbaycanlıları istər kənd təsərrüfatı sahəsində, istər dağ-mədən sənayesi və şəhər təsərrüfatı sahəsində, istərsə də   təlim-tərbiyə, təhsilin inkişafı sahəsində öz sözlərini demiş, öz xidmətlərini göstərmiş və bölgənin inkişafı üçün böyük əmək sərf etmişlər.


Zəngəzurda dəmir yolunun çəkilməsində, Qafanda Qacaran  mis- molibden kombinatının tikilməsində  azərbaycanlıların olduqca çox əməyi olmuşdur.


Onu da qeyd etmək yerinə düşər ki, Qafan şəhərinin bir sənaye mərkəzi kimi formalaşmasında mis-molibden mədəninin böyük təsiri olmuşdur.


Sovet hökuməti qurulana qədər Qafan mis-molibden mədənlərinin böyük bir hissəsi Zəngəzur bəylərindn olan Sultanovlar (Hacısamlı Sultanovlarla qarışdırmamalı- M.U.) ailəsinə məxsus idi.


XIX əsrin əvvəllərindən Sultanovlar mis-molibden mədənlərini  o dövr üçün müasir texnologiya əsasında yenidən qurulması və işlətməsi məqsədi ilə  fransız sahibkarlara icarəyə vermişdilər.


Sultanovlar nəslinin görkəmli nümayəndələrindn biri 1894-cü ildə Qafanın Armudlu kəndində anadan olmuş, 1922-ci ildə Novoçerkassk Politexnik institutunu bitirmiş, 1933-cü ildə Lökbatan neft yataqlarını kəşf edən görkəmli geoloq alim,  SSRİ-nin Fəxri Neftçisi, professor Baxşəli (Baxış) bəy Sultanov olmuşdur.

Top