Weather Data Source: havadurumuuzun.com

2025-ci ilin ilk “Söz”ü

2025-ci ilin ilk “Söz”ü
Jurnalist-publisist Sevda xanım Əlibəylinin baş redaktor olduğu “Söz” jurnalının 2025-ci ildə ilk sayı işıq üzü görüb. Jurnalın bu sayı ilk poliqrafçı alim Şəddat Cəfərovun 85 illik yubileyinə həsr olunub. Baş redaktorun təbriki ilk səhifədə yer alıb.Sonrakı səhifələrdə tanınmış söz-qələm sahiblərinin, elm adamlarının, ictimai xadimlərin Şəddat müəllim haqqında ürək sözləri, yubiley təbrikləri, həmçinin jurnalist Gülnar Əsədlinin yubiley tədbirindən hazırladığı foto-reportaj verilib.
Jurnalın bu sayında yazarlardan Mülayim Vəliyevanın, Sevda Əlibəylinin, Xatirə Xatunun, Esmira İsmayılovanın, Leyla Məcidovanın, Qafar Cəfərlinin, Zahid Səmədovun müxtəlif mövzularda yazıları, Oqtay Səmədovun “Düyün” essesi, şair Əhməd Haqsevərin yeni şeirləri dərc olunub. Bu, qısa xatırlatma, tanıtım idi. Nəfis tərtibatlı “Söz”ün bu sayı da rəngarəng məzmunu, forma tərtibatı ilə seçilir. Oxumağa gecikməyin…
Mənə gəldikdə ilk oxuduğum Oqtay Səmədovun “Düyün”ü oldu. Gözəl duyğuların səmimi əksi. Bəyəndim…

Esmira İsmayılova

Top