Weather Data Source: havadurumuuzun.com

Zaur Ustac – Marafon

25
Əsrin dördə birin vermişəm yelə,
“Əlli aşırmağa” bu qədər də var…
“Bu da bir ömürdü yaşadıq belə”,
Faili-muxtarıq, ya qədər də var!?


Başımı qaldırdım, dörd bir tərəf dağ,
Yaşıl da, qara da, qırmızı da “ağ”,
Ümid boğçam hazır, yetişibdi çağ,
Od olan sevinci, su kədər də var…


Ustac, Məmməd Araz yolun sağında,
Bəhrəsi kal qalıb ömür bağında,
Qarası isıqlı, nur var ağında,
Ağusu bal dadan “çor”, “zəhər” də var….
01.12.2000. Şahbuz – Biçənək (Batabat) yolu.

50
“Aşırdn əllini”, Ustac nəmxuda*,
Bu minval sonunda yüzə də varar…
Düzü də düz getdin, əyrini də düz…
Bu minval sonunda yüzə də varar…


Nəsimi, Xətai yolunda işıq,
Yollar çox dolanbac, həm də bulaşıq,
İşin çox, kələf də bir az dolaşıq,
Bu minval sonunda yüzə də varar…


Zaur, çıxdığın yol heç nə vəd etməz,
Bu yolda yolçular kamına yetməz,
Hər gün doğan arzu tükənməz, bitməz,
Bu minval sonunda yüzə də varar…
11.01.2025. Bakı.

Nəmxuda (Namxuda) – [fars. name-xuda] “Maşallah”, “gözə gəlməsin”, “göz dəyməsin” mənalarında işlədilən tərif sözü. [Heydərəli:] Maşallah, namxuda, heç builki kimi sən baş çapmamışdın. M.Əliyev. [Nənəqız:] …Kişi elə yaxşılaşıb ki, namxuda, deyirsən, bəs heç üstündən qış addamayıb. Ə.Vəliyev.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top