Zaur Ustacın anadan olduğu gündür – Təbrik
Zaur Ustacın anadan olduğu gündür. Kitab, qəzet, jurnal təbliğatında yorulmadan çalışan fədakar insana can sağlığı arzulayıram.
Şeirini paylaşmaqla xoş hisslərimi ifadə edirəm.
Sevgi adi bir əşyanı qiymətli dəyərə çevirir.
Onun cana hopmağı da var. Çoxunun adi qarşıladığı, xırdalıq hesab etdiyi böyük hisslər mövcuddur, amma bu duyğuları hər kəs duymur.
Yarım bardaq
O yarım buraxdığın
Bardaq, de, yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…
Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…
Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…
Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…
Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…
Dibçəklər Yer kürəsi,
Güllər mən, sənsə susan…
Heç nə yox itirəsi,
Tay canıma hopmusan…
Təbrik və təqdimat: PƏRVANƏ BAYRAMQIZI
PƏRVANƏ BAYRAMQIZININ YAZILARI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru