Ağsu iqtisadi xəbərlər
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 31-də Ağsu şəhər mədəniyyət sarayında ərazi icra nümayəndəlikləri və bələdiyyə sədrlərinin, dövlət idarələri və özəl bölmə rəhbərlərinin, ictimai təşkilatların və rayon fəallarının iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə “2004-cü ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyevin hesabatı dinlənilib müzakirə olunmuşdur