Culfa iqtisadi xəbərlər
Culfa, 29 aprel (AZƏRTAC). Culfa Rayon Vergilər Şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin I rübündə 78 nəfər fiziki şəxs, ümumilikdə isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1.237 nəfər qeydiyyata alınmışdır. Ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq cavablandırılmış, bəyannamələrinin düzgün tərtib edilməsinə köməklik edilmiş, elektron bəyannamə xidməti göstərilmiş, sahibkarlara vergilərə dair 19 buklet, kitabça və digər nəşrlər paylanmışdır