DÖNÜB BAXIM BU DÜNYAYA.
Axıb gedən bu ömür də
Geri dönməz,axıb gedər.
Ömür keçər ,dünya dönər,
Dönüb baxım bu dünyaya.
Mən doymadım baharından,
Payız adlı xəzanından,
Qismət ola,ya olmaya,
Dönüb baxım bu dünyaya.
Sevgi dolu öz dünyamda,
O gözlərə baxım…baxım..
Birdən dönüb baxmaz birdə,
Dönüm baxım bu dünyaya.
Baxım doğan günəşə,
Baxım çağlayan suya,
Baxım ötən illərə…
Dönüb baxım bu dünyaya.
Səhər şehinin jaləsinə,
Bülbülün züm-züməsinə,
Şəlalənin gur səsinə,
Dönüb baxım bu dünyaya.
20.10.2021
Pərvanə Salmanqızı 🇦🇿🇹🇷
Zəfərnews.az