Weather Data Source: havadurumuuzun.com

PƏNCƏRƏMDƏ DAHA YAĞIŞ AĞLAMAZ

PƏNCƏRƏMDƏ DAHA YAĞIŞ AĞLAMAZ

Çəkib bütün xatirələr pərdəsin,
Yaddaşımda nə sən varsan, nə də mən.
Tanrı belə qarğımazdı bəndəsin,
Hansı paxıl duyuq düşdü bu eşqdən?

Kövrəlmişəm, hər atılan söz dəyir,
Ölümünə üşüyürəm, of, fələk.
Durub vaxtın kandarında gözləyir,
Bilirsənmi kimə əsir bu ürək?

Qovur sanki külək bu il payızı,
Nə edəcək yalınyuva sərçələr?..
Köçən köçür, gözləyəcək o, yazı,
Ölüm marşı oxusa da küçələr…

Yoruldumu dilin məni anarkən,
Bir cavablıq söz qıymadın sözümə.
Mən o sənsiz günlərimə yanarkən,
Sən qapını bağlı qoydun üzümə.

Niyə qıydın bu sevgiyə, a zalım?
Uzaq ikən niyə getdin yaxına…
Ağlayanda göz yaşlarım… – o zalım
Necə axıb töküləcək yaxana?

Məsum-məsum baxma elə uzaqdan,
Neçəsinə içilibdir andların?
Elə quru, soyuqsan ki, sazaqdan
Özünü də qurudub inadların…

Bundan sonra gəlmərik ta üz-üzə,
Pəncərəmdə daha yağış ağlamaz.
Təbiət bir parçası deyib bizə,
Təbiət heç nədə boşluq saxlamaz.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top