“ŞƏHİD TƏBRİKİ”
“ŞƏHİD TƏBRİKİ”.
(Bütün Şəhidlərimizi,
Hörmətlə anırıq).
Gözü yolda
Qalan anam…
Bağışla, bu bayram
Təbrikə gələ bilmədim.
Silib göz yaşını,
Öpüb əlini…
Bu bayram,görüşünə
Gələ bilmədim.
Bilirəm,deyirsən
Açaydın qapımı.
Girəydin oğul!..
Bağışla məni,gələ bilmədim.
Dünyanı versələr
İstəmirəm mən,birçə kəlmə
Təbrikə gələydin oğul!
Söylə darıxırmı
Gül üzlü mələk?
Söylə uzaqlardan
Duyuram onu.
De ki,bağışlasın
Nur üzlü qızım.
Bu bayram
Təbrikə gələ bilmədim.
Ana,bacım deyir…
Dünyanın ən böyük,
İlahinin Hədiyyəsiymiş,
Mənim qardaşım?!
Deyirmi ömrümə,
Qənim qardaşım,
Bir quru nəfəsi,
Mənə bəs idi?!
Ağlamayın əzizlərim,
Yaraşmır qəm yaşı,
Şəhid adına!!!
Zəfəri hədiyyə,
Göndərdim sizə!!!
Pərvanə Salmanqızı.🇦🇿🇹🇷