“Mübariz Azərbaycan Qadınları”
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 8 mart beynəlxalq qadınlar gününə həsr olunmuş “Mübariz Azərbaycan Qadınları ” adlı tədbir keçirilib.
Zefernews.az xəbər verir ki,
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e Arzuyə Rufullayeva açaraq bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
A. Rufullayeva milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğruldduqlarını bildirmişdir.
Eyni zamanda, qadınlarımızın fəallığından söz açarkən Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, xalqımızın zəngin maddi-mənəvi irsinin öyrənilməsində, qədim tariximiz və mədəniyyətimizin təbliğində onlarınmisilsiz xidmətlərinin qadınlarımız tərəfindən örnək kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında İctmai şuranın sədri, “Lənkəran” qazetinin redaktoru Əlimərdan Əliyev, Gənc muğənni Allahveren Pərvizoğlu dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanaraq ictimai həyatın bütün sahələrində öz sözünü inamla dediyini qeyd etmişdirlər.
Tədbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.
Sonda bir qrup Kitabxana əməkdaşları keçirilən tədbirlərdə fəal iştirakına görə və 8mart beynəlxalq qadınlar bayramı münasibətilə Fəxri Fərman ilə təltif olunublar.