Weather Data Source: havadurumuuzun.com

Əks-hücum” kitabının təqdimat mərasimi keçirilib

Fevralın 20-də Yasamal rayonu Heydər Əliyev Mərkəzundə “Zəfər yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə qazi-yazar, AYB-nin üzvü, sabiq Xüsusu Təyinatlı Qüvvələrin zabiti, 1-ci qrup hərbi əlil Zaur Bayramoğlunun Vətən müharibəsində Ali Baş Komandan, Müzəffər sərkərdə İlham Əliyevin birbaşa rəhbərliyi altında Xüsusi Təyinatlı Qüvvələrimizin böyük rəşadətindən bəhs edən “Fədailər” trilogiyasının birinci hissəsinin – “Əks-hücum” kitabının təqdimatı və müzakirəsi keçirildi.

Zefernews.az xəbər verir ki,

Xəyalə  Qurbaninin peşəkar aparıcılığı ilə olduqca səmimi və işgüzar şəraitdə baş tutan bu tədbir Dövlət Himni səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsnini bir dəqiqəlik sükutla yad edilməsiilə başladı. Tədbirdə ilk söz alan “Zəfər yolu” İctimai Birliyinin rəhbəri, şairə-publisist Pərvanə xanım Abdullayeva bu səpkidə olan tədbirlərin cəmiyyətin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsindəki ictimai-mənəvi əhəmiyyətindən bəhs etdi və çıxışını özünün Vətən mövzusundakı gözəl bir şeiri ilə tamamladı. Daha sonra çıxış edən iştirakçılar: millət vəkili Vüqar İsgəndərov, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Nəzakət Kərimova, QHT-mediya təmsilçisi Əkrəm Bəydəmirli, “Carçı” yurnalının təsisçisi Gülnarə Əmirquliyeva, “Xəyal Media Qrup” Y.İ.B-nin rəhbəri Xəyal Qurbani, Ulu Öndərimiz Heydər Əliyevin 140 cildlik əsərlərinin baş redaktoru Rəsmiyyə Qarayeva, qazi-yazarın anası Təhminə Muradova, Respublikanın Əməkdar jurnalisti, polkovnik-leytenant İbrahim Rüstəmli, şairə, Prezident təqaüdçüsü Xatirə Rəhimbəyli, şəhid leytenant Siyavuş Məcidovun atası Akif Məcidov, Vətən müharibəsi qazisi İsa Musayev, “Dostluq məşəli” İctimai Birliyinin baş məsləhətçisi Kamandar Əliyev, “Fədailər” kitabının redaktoru, “Libraff” kitab mağazaları şəbəkəsinin nəşrlər üzrə məsləhətçisi, dosent Əminə İbrahimli, bədii qiraət ustası Bəhiyyə Nağıyeva, Zaur Bayramoğlunun XTQ kurslarındakı müəllimi Yavər Qabulov, el ağsaqqalı Eldar Əliyev və b. Zaur Bayramoğlunun əsərlərindən və ümumiyyətlə, yaradıcılığından, onun dünya işığından və on barmağının altısından məhrum, beyninin qəlpələrlə dolu və ağır kontuziyalı olmasına baxmayaraq bu tarixi əsəri ilə Vətən müharibəsində rəhbər-xalq-ordu birliyinin misilsiz qəhrəmanlıq salnaməsini yaratmağa onu sövq edən şəxsi mübarizəsi və hər kəsə nümunə olacaq keyfiyyətlərindən, Vətən müharibəsinin xüsusi təyinatlı qəhrəmanlarının tarixi şücaətini əbədiləşdirməklə xalqına xidmət etmək, cəmiyyətə faydalı olmaq əzmindən bəhs etdilər. Qazi-yazarı məşhur rus yazıçısı Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanının qəhrəmanı Pavel Korçaginə bənzədən tədbir iştirakçıları Zaur Bayramoğluna fiziki məhdudiyyətləri üzündən onun üçün xüsusilə çətin olan bu şərəfli missiyasında böyük yaradıcılıq uğurları arzuladılar.
Hər bir iştirakçının yadında dərin təəssüratlarla qalacaq bu tədbir Qarabağımızın gözəl yetirməsi, istedadlı müğənni Xasay Şıxıyevin ifasında səsləndirilən “Ey Vətən” mahnısı ilə başa çatdı.

Top