Xəzər dənizində ikinci dəfə zəlzələ olub
Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
Zefernews.az “Report”a istinadən xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd edək ki, bu, gün ərzində dənizdə qeydə alınan ikinci zəlzələdir. Daha əvvəl də Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.