Lənkəranda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd olunub
Yanvarın 20-də səhər saatlarında Ümümxalq Hüzn Günü ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə və şəhid məzarlarına tər güllər düzüblər.
Zefernews.az xəbər verir ki
İcra başçısı Taleh Qaraşov şəhid ailələri və müharibə əlilləri ilə görüşüb, söhbət edib və onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.