İcra başçısı şəhid ailələri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvləri ilə görüşüb.
Zefernews.az xəbər verir ki,
Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu kateqoriyadan olan vətəndaşlar daim yüksək diqqət və qayğı ilə əhatə olunurlar.
Görüş zamanı şəhid ailələri tərəfindən səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Digər məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qəbulda müraciət edən şəhid ailələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.