Weather Data Source: havadurumuuzun.com

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün Gəncədə torpağa tapşırılıb

Azərbaycan Ordusunun giziri Həsən Ümid oğlu İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Zefernews.az xəbər verir ki

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Müşfiq Cəfərov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Kənan Aşurov, idarə, müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yaşadığı ünvanda təşkil olunan vida mərasimindən sonra Həsən İsmayılovun nəşi Şəhidlər xiyabanına gətirilərək, burada dəfn olunub.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

 

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

Top