Weather Data Source: havadurumuuzun.com

YAP-Lənkəran rayon təşkilatının sədri partiya fəalları ilə görüş keçirib

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Gərmətük kəndinin partiya fəalları ilə görüş keçirib.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər,müharibə iştirakçıları, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər.

Zefernews.az xəbər verir ki,
Görüşdə İ.Əmənullayev bildirdi ki Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Yeni Azərbaycan Partiyası da bu prosesdən kənarda qalmayıb. Bu baxımdan, islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyanın 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifələr və ictimai-siyasi məsuliyyət düşür.
Çıxışının sonunda İ.Əmənullayev qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.
Görüşün sonunda İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı. İrəli sürülən təklif və problemlər qeydə alındı.

Top